F.İ.Qurbanovun Azərbaycan
Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığında, İrlandiya
Respublikasında, İslandiya
Respublikasında və Danimarka
Krallığında fövqəladə və səlahiyyətli
səfiri vəzifəsindən geri
çağırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Fəxrəddin İsa oğlu Qurbanov Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyul 2014-cü il
Azərbaycan.-2014.- 10 iyul.- S.2.