Azərbaycan-Nikaraqua əlaqələri
müzakirə edilmişdir
İyulun
9-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
ölkəmizdə rəsmi səfərdə olan
nikaraqualı həmkarı Samuel Santos Lopez ilə
görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan ilə Nikaraqua arasında əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılmışdır.
Samuel Santos
Lopez Azərbaycanı Nikaraquaya
sərmayə yatırmağa dəvət etmiş,
ölkələrimiz arasında mütəmadi siyasi
məsləhətləşmələrin aparılması təklifini
irəli sürmüşdür.
Azərbaycan.-2014.- 10 iyul.- S.2.