Diplomatik təşkilatlarımız
hücum strategiyasını
davam etdirməlidir
Prezident İlham Əliyev
diplomatlarla yanaşı,
tarixçilər qarşısında da çox mühüm vəzifələr qoydu
İyulun 7-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikasının
diplomatik xidmət orqanları rəhbərlərinin
beşinci müşavirəsi
keçirildi.
Prezident
İlham Əliyev müşavirədə çıxış
edərək diplomatik
nümayəndəliklərin rəhbərlərinə Azərbaycanın
xarici siyasətinin gələcək istiqamətləri
ilə bağlı ciddi tapşırıqlar verdi. Azərbaycanın
xarici siyasəti ilə bağlı əsas məsələnin
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həll edilməsi olduğunu söyləyən
Prezident diqqətə
çatdırdı ki,
bu istiqamətdə heç bir nəticənin olmamasının
başlıca səbəbi
Ermənistanın qeyri-konstruktiv
mövqeyidir və münaqişəni dondurulmuş
vəziyyətdə saxlamaq
cəhdləridir. Dövlət başçısı həmçinin
Dağlıq Qarabağ
münaqişəsi, o cümlədən
İrəvan xanlığı
ilə bağlı həqiqətlərin dünyaya
çatdırılmasının ölkə diplomatiyasının
əsas vəzifələrindən
biri olduğunu vurğuladı.
Bu məsələ ilə bağlı münasibətini
öyrəndiyimiz siyasətçilər
də bildirirlər ki, dövlət başçısı diplomatlara
ciddi tapşırıqlar
verərək onların
qarşısında çox
mühüm vəzifələr
qoydu.
Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı
deyir ki, cənab Prezident son müşavirədə ötən
müddətdə keçilən
yola yekun vurdu, mövcud vəziyyəti təhlil etdi, gələcək perspektivləri müəyyənləşdirdi. Dövlət başçısı bu
nitqi ilə diplomatlar, tarixçilər
qarşısında çox
mühüm vəzifələr
qoydu. Bu vəzifələr
Azərbaycanın bütün
diplomatiyasının, taktikasının
yerinə yetirilməsinə
yönəlmişdi. Deputat
hesab edir ki, dövlət başçısının Azərbaycanın
Dağlıq Qarabağ
regionuna ermənilərin
yerləşdirilməsi, Ermənistanın
əsassız ərazi
iddiaları, Azərbaycana
qarşı başladığı
hərbi təcavüzün
nəticələri, Ermənistanı
terrorçuların idarə
etməsi və digər məsələlərlə
bağlı həqiqətləri
dünyaya çatdırmağı
bir vəzifə kimi qarşıya qoyması çox əhəmiyyətlidir: "Cənab
Prezidentin nitqində Azərbaycan ərazilərində
1918-ci ildə Ermənistan
adlı dövlətin
yaradılması və
İrəvanın Azərbaycan
tərəfindən ermənilərə
paytaxt olaraq güzəştə gedilməsinə
dair tarixi həqiqətləri sadə,
anlaşıqlı dildə
dünya ictimaiyyətinə
çatdırılması xüsusi əhəmiyyət
kəsb edən məsələdir. Dünya ictimaiyyəti
bilməlidir ki, ermənilər bir ərazini işğal etdikdən sonra "böyük Ermənistan"
yaratmaq məqsədilə
daim işğallarını
genişləndirmişlər. Bu həqiqətlərin çatdırılması ermənilərin
yığcam yaşadığı
ölkələrin ictimaiyyətinə
də bir mesajdır. Bu o deməkdir ki, ermənilər harada yığcam yaşayırlarsa,
həmin ölkələrin
ərazi bütövlüyü
təhdid altındadır".
M.Qasımlının sözlərinə
görə, bu nitq diplomatiya sahəsində təhsil alan tələbə
və magistrlər tərəfindən də
ciddi şəkildə
öyrənilməlidir.
Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə də hesab edir ki,
Prezident İlham Əliyevin diplomatlarla görüşü Azərbaycan
dövlətinin məqsədyönlü
və müstəqil siyasətinin prioritet istiqamətlərindən biridir. Bütün görüşlərdə
dövlət başçısı
diplomatik xidmət orqanları rəhbərləri
qarşısında həqiqətləri
söyləyir və onlardan tələb edir ki, bu
həqiqətləri çalışdıqları
ölkələrdə lazımi
səviyyədə təqdim
etsinlər. Dünya
erməni xislətinin
və əsl həqiqətin nədən
ibarət olduğunu bilməlidir: "Prezident İlham Əliyev qətiyyətlə vurğuladı
ki, bizim hədəfimiz inkişaf etmiş ölkəyə çevrilməyimizdir, ərazi
bütövlüyümüzün bərpasıdır. Biz bu hədəfə doğru gedirik. Biz hər bir
istiqamət üzrə
hədəfə doğru
gedirik. Çünki bizim bütün
istiqamətlər üzrə
düşünülmüş konseptual yanaşmaya söykənən siyasətimiz
vardır. Bizim uğurlarımızın
səbəbi bundan ibarətdir".
Ç.Qənizadənin sözlərinə görə,
toplantıda xarici siyasətlə bağlı
söylənən fikirlər
onu deməyə əsas verir ki, son iki ildə
Azərbaycan böyük
uğurlara imza atmışdır. Son iki il ərzində ölkəmizin İsveçrə
Konfederasiyasında, Avstraliya
İttifaqında və
Vyetnam Sosialist Respublikasında yeni səfirlikləri, Birləşmiş
Ərəb Əmirliklərinin
Dubay şəhərində
baş konsulluğu, Kolumbiya və Uruqvayda isə təmsilçilik ofisləri
açılmışdır. Hazırda Azərbaycanın
xarici ölkələrdə
57 səfirliyi, 5 beynəlxalq
təşkilat yanında
daimi nümayəndəliyi,
9 baş konsulluğu,
7 təmsilçilik ofisi
və 7 fəxri konsulluğu fəaliyyət
göstərir: "Fikrimcə,
Prezident İlham Əliyevin bir qayda olaraq diplomatik
xidmət orqanları rəhbərləri ilə
görüşlər keçirməsi
bizim xarici siyasətimizdə yeni bir addımın atılması ilə bağlıdır. Dövlət başçısının diplomatlara
verdiyi tapşırıq
onların fəaliyyətində
daha uğurlu bir dönüşün yaranmasına gətirib çıxaracaq".
Milli Məclisin
deputatı Fərəc
Quliyev isə deyir ki, diplomatik
korpusun təlimat alması Azərbaycanın
xarici siyasətinin müəyyənləşməsinə xidmət edən amildir. Bununla belə, Azərbaycan
tərəfinin hücum
diplomatiyasından istifadə
etməsi də dəyişməz strategiya
olmalıdır.
O dedi ki, Azərbaycan
müharibədə ədalətli
tərəfdir: "BMT-nin
mövcud 4 qətnaməsi
də ölkəmizin
haqlı olduğunu bir daha sübut
edir. Danılmaz faktdır ki,
BMT neytral gücdür
və bu qurum da açıq
şəkildə öz
münasibətini bildirib
ki, Azərbaycan ərazisi işğal olunub və erməni silahlıları
qeyd-şərtsiz həmin
ərazilərdən çıxmalıdır.
Biz də BMT-nin
həmin qətnamələrinin
qəbul edilməsi üçün ya hərbi, ya da dinc yolla
mübarizə aparmalıyıq.
Ona görə də diplomatik təşkilatlarımız
hücum strategiyasını
davam etdirməlidir".
F.Quliyev həmçinin bildirdi ki, Prezidentin İrəvanın tarixi Azərbaycan torpağı
olması ilə bağlı faktların dünya ictimaiyyətinə
çatdırılması ilə bağlı verdiyi tapşırıq da alqışlanmalıdır. Bu işdə
diplomatların da üzərinə ciddi iş düşür. Diaspor təşkilatlarımız bu
istiqamətdə fəaliyyətlərini
daha da artırmalı,
dövlət başçısının
tapşırıqlarını layiqincə yerinə yetirməlidirlər. Deputat hesab
edir ki, apardığı xarici siyasətlə dünyaya özünü tanıdan
Azərbaycan dövləti
gec-tez bu problemi də həll edəcəkdir.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2014.- 10 iyul.- S.2.