Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
Fransanın Kann şəhərində
keçirilən “Azərbaycan cazı” gecəsində iştirak etmişdir
İyulun
8-də Fransanın Kann şəhərində Azərbaycan
günləri başlamışdır.
Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə
keçirilən və iyulun 31-dək davam edəcək Azərbaycan
günləri “Azərbaycan cazı” konsert proqramı ilə
start götürmüşdür.
“Azərbaycan
cazı” gecəsində Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak
etmişdir. Konsertdə Azərbaycan cazının tarixini və
müasir improvizasiyalarını əks etdirən kompozisiyalar
təqdim olunmuşdur.
Konsert
proqramında Azərbaycan cazının müxtəlif
çalarları, həmçinin muğam-caz izləyicilərə
xoş anlar yaşatmışdır.
Gecədə
iştirak edən qonaqlara Heydər Əliyev Fondu tərəfindən
hazırlanmış və Azərbaycanın tarixini, milli və
modern musiqi ənənələrini əks etdirən kitablar təqdim
olunmuşdur.
Azərbaycan
günləri çərçivəsində izləyicilər
ölkəmizi müxtəlif aspektlərdə - tarixi, musiqisi,
ədəbiyyatı, klassik və modern incəsənəti ilə
birlikdə görmək imkanı əldə edəcəklər.
Bu tədbirlər
çərçivəsində Azərbaycan bayraqları və
banerləri ilə bəzədilən Kann şəhəri
yerli sakinlər və qonaqlara ölkəmizlə yaxından
tanışlıq imkanı yaratmışdır.
Qeyd
edək ki, Bakıda 2015-ci ildə keçiriləcək 1-ci
Avropa Oyunlarının ölkədən kənarda təqdimatı
ilə əlaqədar iyulun 9-da Kann şəhərinin məşhur
Kruazett bulvarında atəşfəşanlıq təşkil
olunacaqdır. Həmçinin Avropa Oyunlarının təqdimatı
ilə bağlı burada qaçış üzrə marafon
keçiriləcəkdir. Marafonun
qalibinə Heydər Əliyev Fondu tərəfindən
qiymətli hədiyyələr veriləcəkdir.
Azərbaycan.-2014.- 10 iyul.- S.3.