Azərbaycan ilə Xorvatiya
arasında mədəniyyət və turizm
sahəsində əməkdaşlığın
perspektivləri müzakirə edilmişdir
Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri
Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə
heyəti Xorvatiyada 65-ci Dubrovnik yay festivalında və
“Xorvatiya Forumu”nda iştirak edir.
AzərTAc
xəbər verir ki, iyulun 9-da səfər çərçivəsində
Ə.Qarayev ilə Xorvatiyanın turizm naziri Darko Lorencin
arasında görüş keçirilmişdir.
Görüşdə
iki ölkə arasında turizm sahəsində əməkdaşlığının
mövcud vəziyyəti və perspektivləri müzakirə
edilmiş və birgə bələdçi kitablarının
nəşri haqqında razılıq əldə olunmuşdur.
İyulun
10-da isə nazir Əbülfəs Qarayev Xorvatiyanın mədəniyyət
naziri Andrea Zlatar Violiç ilə
görüşmüşdür.
Görüşdə
iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq
proqramı imzalanmışdır.
Azərbaycan
nümayəndə heyəti 65-ci Dubrovnik yay festivalının
açılış mərasimində də iştirak
etmişdir.
Səfər
iyulun 11-də başa çatacaqdır.
Azərbaycan.-2014.- 11 iyul.- S.7.