«Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanını "Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 907-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 07, maddələr 464, 465, ¹ 10, maddə 640, ¹ 12, maddə 775, 2002, ¹ 08, maddə 480, 2003, ¹ 10, maddələr 545, 577, 581, 583, 2006, ¹ 5, maddə 409, ¹ 7, maddə 590, 2010, ¹7, maddə 610) ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci bəndin birinci abzasında "bələdiyyə orqanlarının qərarı ilə" sözləri "bələdiyyənin qərarı və tərəflər arasında bağlanan müqavilə ilə" sözləri ilə əvəz edilsin.

2. 8-ci bəndin iyirmi dördüncü abzası aşağıdakı redaksiyada verilsin:

"Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələrinin bələdiyyələr tərəfindən bilavasitə ayrılması Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 23-cü maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.".

3. "Torpaqların alğı-satqısı Qaydaları"na Əlavə - "Torpaqların alğı-satqısına dair Akt" çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 8 iyul 2014-cü il

Azərbaycan.-2014.- 12 iyul.- S.3.