Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti

Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq, "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli  816-IVQ  nömrəli  Qanununun  tətbiqi ilə  əlaqədar qərara alır:

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 838) 30.3-cü maddəsində "qaydası" sözündən sonra "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu və" sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 27 iyun 2014-cü il

Azərbaycan.-2014.- 12 iyul.- S.2.