«Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan

 Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 601; 2006, ¹ 2, maddə 64, ¹ 3, maddə 221; 2007, ¹ 11, maddə 1078; 2008, ¹ 8, maddə 710; 2010, ¹ 3, maddə 172) 7.2.9-cu maddəsində "buraxılan şəxslərin öyrənilməsi" sözləri "buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilməsi" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 20 iyun 2014-cü il

Azərbaycan.-2014.- 12 iyul.- S.3.