Uğurların təməlində düşünülmüş siyasət, məqsədyönlü
islahatlar dayanır
Nazirlər Kabinetinin 6 ayın yekunlarına həsr olunmuş iclasında
bu
bünövrə üzərində yeni nailiyyətlərin
qazanılmasına
inam ifadə edilmişdir
2014-cü ilin ötən 6 ayında qazanılmış uğurlar, qarşıya qoyulmuş bütün vəzifələrin müvəffəqiyyətlə həll olunması Azərbaycanın hərtərəfli inkişafının davam etdiyini bir daha təsdiqləyir. Bütün bunların təməlində dayanan isə düzgün düşünülmüş siyasət, sabitlik, iqtisadi islahatlardır. Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında görülmüş işlərdən ətraflı bəhs edilmiş, həyata keçiriləcək tədbirlər vurğulanmışdır.
Nailiyyətlərimizi hamı görür. "Fitch", "Standard and Poors" və "Moodys" reytinq agentlikləri bir çox inkişaf etmiş ölkələrin reytinqlərini azaltdıqları halda, Azərbaycanın kredit reytinqini yüksəltmişlər. Onların hər biri Azərbaycan iqtisadiyyatına investisiya səviyyəli kredit reytinqi vermişdir. Bununla yanaşı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və AYİB kimi təşkilatların ölkənin iqtisadiyyatına dair proqnozları nikbin olmuşdur.
İndi Azərbaycanda əlverişli
investisiya mühiti
var. İstər xarici,
istərsə də daxili investorlar müxtəlif sahələrə
inamla sərmayə yönəldirlər. Neft kapitalının insan kapitalına, infrastruktur layihələrinə
yönəldilməsi öz
bəhrəsini verir.
Qeyri-neft
sektorundakı 7 faiz artım bunun sübutudur. Bu sektorun vacib sahələrindən olan kənd təsərrüfatında
təxminən 6 faiz artım var.
Azərbaycanın valyuta ehtiyatları getdikcə artır. Nazirlər
Kabinetinin iclasında adambaşına düşən
valyuta ehtiyatlarına görə ölkəmizin
dünyada aparıcı
yerlərdə olduğunu
qeyd edən Prezident İlham Əliyev demişdir: "Bizim 54 milyarddan çox valyuta ehtiyatlarımız vardır.
Bu da bizə
inam, əminlik verir, imkan verir
ki, bundan sonra da böyük
infrastruktur və sosial layihələrimizi icra edək".
Dövlət başçısı xüsusilə "Şahdəniz-2", TANAP və TAP layihələri üzərində dayanaraq
onların icrası nəticəsində ölkənin
bundan sonra azı 100 il
qaz ixracından böyük fayda götürəcəyini və
dünyadakı rolunun
daha da artacağını
demişdir.
"Şahdəniz-2" layihəsi
ilə bağlı tenderlərdə xarici şirkətlərlə yanaşı,
yerli müəssisələr
də fəal iştirak etmiş və qalib gəlmişlər. Bu isə
o deməkdir ki, ölkə vətəndaşları
üçün minlərlə
yeni iş yerləri açılacaq.
Dövlət özəl sektorun inkişafına da diqqət və qayğı göstərir. Energetiklərlə bağlı olan şirkətlərimizə, eləcə
də inşaat, xidmət müəssisələrinə
"Şahdəniz-2", TANAP layihələrində
fəal iştirak etmək tövsiyə olunur. Çünki bu, həm ölkənin, həm də ayrı-ayrı vətəndaşların gəlir
götürməsi, insanların
öz məşğulluq
problemini həll etməsi deməkdir.
Məşğulluq problemlərindən söz
düşmüşkən, bu il üçüncü regional inkişaf
proqramının qəbul
edilməsi nəticəsində
6 ay ərzində artıq
65 min iş yeri açılmışdır. Bunun
52 mini daimi iş yerləridir. Yeri gəlmişkən onu da qeyd edək
ki, 2003-cü ildən
indiyədək, yəni
birinci regional inkişaf
proqramının icra olunmasına başlandığı
vaxtdan 1 milyonu daimi olmaqla 1 milyon 300 min yeni iş yeri açılıb.
Görülən əsaslı tədbirlər
nəticəsində indi
Azərbaycanda işsizlik
cüzi səviyyədədir.
İş yeri varsa, deməli, insanın dolanışığı, xoş
güzəranı da
var. Bunu təsdiqləyən
təkcə orta aylıq əməkhaqqının
440 manata, yaxud 560 dollara çatması deyil, həm də insanların rahat yaşaması üçün qurulan infrastrukturlardır. Məsələn, hazırda 80-dən çox
təhsil müəssisəsi,
40-dan çox səhiyyə
ocağı tikilməkdə,
yaxud təmir olunmaqdadır. Bu da sosial sahəyə
diqqətin bir nümunəsidir.
Ölkədə demoqrafik vəziyyətin ürəkaçan olması
da əhalinin getdikcə artan maddi rifah halından
xəbər verir. Ölkə
Prezidenti bu məqamı vurğulayaraq
demişdir: "Ancaq onu nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadi və siyasi addımlar nəticəsində Azərbaycanda,
- bu da çox
sevindirici bir haldır, - əhali sürətlə artır.
İldən-ilə artan əhali
hökuməti də,
əlbəttə ki, daha fəal olmağa çağırmalıdır.
Eyni zamanda, bu, onu deməyə
əsas verir ki, yeni iş
yerlərinin açılması
daimi proses olmalıdır".
Azərbaycan Prezidenti ilin ötən 6 ayının
nailiyyətlərlə yola
salındığı kimi,
növbəti yarımilliyin
də uğurlu olacağına inamını
bildirmişdir. Görüləcək işlər bir
daha xatırlanmış,
vacib məsələlərə
diqqət yönəldilmiş,
tapşırıqlar verilmişdir.
Həm də hər bir işin
təkcə həcmi deyil, keyfiyyəti də önə çəkilmişdir: "Xüsusilə
nəzərə alsaq
ki, ölkə qarşısında maliyyə
problemi kimi bir problem durmur, - bizim maliyyə vəziyyətimiz yaxşıdır,
kifayət qədər
vəsaitimiz vardır,
- ona görə də infrastruktur layihələrinin icrası
ilə bağlı heç vaxt yubanma olmamalıdır. Burada əsas şərt keyfiyyət və sürətdir. Əlbəttə
ki,
bütün aidiyyəti
qurumlar keyfiyyətə
ciddi diqqət yetirməlidirlər. Elə etməlidirlər
ki, xərclənən
vəsait lazımi səviyyədə təmin
edilsin".
Kənd yollarının rahatlığının
təmin olunması istiqamətində işlər
yenə də davam etdirilir. Bu işin tempi deməyə əsas verir ki, növbəti 3-4 ildə Azərbaycanda təmir olunmamış kənd yolu qalmayacaq.
Sənayemizin inkişafı yenə də diqqət mərkəzindədir. 2014-cü ilin "Sənaye ili" elan olunması bunu bir daha təsdiqləyir.
Sənaye istehsalının artırılmasına yenə
də investisiyalar yönəldiləcək. İndi texnoparklar yaradılır və burada da dövlət öz üzərinə böyük məsuliyyət
götürür, yəni
maliyyə töhfəsi
verir. Gələcəkdə isə texnoparklarla
yanaşı, sənaye
klasterlərinin yaradılması
da nəzərdə tutulur.
"Elə etməliyik
ki, bütün şəhərlərimizə içməli
su xətləri çəkək".
"Çalışmalıyıq ki, qazlaşdırmanı Azərbaycanda 95, bəlkə
də 97 faizə çatdıraq".
"Yeni bazarlara
çıxmalıyıq, regional bazarlara çıxırıq. Çalışmalıyıqki, Avropa bazarlarına
da böyük həcmdə kənd təsərrüfatı məhsulları
ilə çıxa bilək".
Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin qarşıya qoyduğu bu məsələlər sübut
edir ki, Azərbaycan hər bir sahədə qazandığı nailiyyətlə
kifayətlənməyib yeni
hədəflərə doğru
irəliləyir. Bunların hamısı ölkənin
iqtisadi qüdrətinin
artmasına, vətəndaşların
rifahının daha da yüksəlməsinə
yönəldilən tədbirlərdir.
Flora SADIQLI,
Azərbaycan.-2014.- 12 iyul.- S.5.