Azərbaycan-Böyük Britaniya
əməkdaşlığının
inkişaf yolları müzakirə olunmuşdur
İyulun 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının energetika naziri Maykl Fallonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələr üzrə inkişafından məmnunluq ifadə olunmuş, xüsusilə enerji sektorunda mövcud uğurlu əməkdaşlığın kəsb etdiyi əhəmiyyət qeyd edilmişdir. Azərbaycan iqtisadiyyatının sürətli inkişafını və şaxələndirilməsi meyllərini nəzərə alaraq, qeyri-enerji sektoru üzrə əməkdaşlığın daha da genişləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər
və regional enerji
layihələri ətrafında da
müzakirələr aparılmışdır.
Azərbaycan.-2014.- 12 iyul.- S.8.