İtaliyanın “East journal” onlayn jurnalında Prezident İlham
Əliyevin
Yunanıstana səfəri ilə bağlı məqalə
yerləşdirilmişdir
İtaliyanın
“East journal” onlayn jurnalında Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin cari ilin iyununda Yunanıstana səfəri
ilə bağlı məqalə yerləşdirilmişdir.
Məqalədə
vurğulanır ki, Azərbaycan qazını Avropaya
daşıyacaq “Trans-Adriatik Pipeline” (TAP) boru kəmərinin
keçdiyi ölkələrdən biri olan Yunanıstanda son
illərdə müşahidə edilən iqtisadi durğunluq
yeni tərəfdaşlarla əlaqələri genişləndirmək
zərurəti yaradır.
Yazıda
bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin
Yunanıstana səfəri çərçivəsində bir
sıra sazişlər imzalanmışdır. Bu sırada Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
Yunanıstanın qazpaylayıcı sistemi olan “DESFA” şirkətinə
məxsus səhmlərin 66 faizini alması ilə bağlı
sənəd xüsusi yer tutur.
Müəllif
cari ilin mayında Yunanıstanın Baş naziri Antonis
Samarasın Azərbaycana səfərini xatırladaraq
vurğulayır ki, bu səfər TAP layihəsinin müzakirəsi
baxımından mühüm əhəmiyyət kəsb
etmişdir. TAP-ın reallaşması çərçivəsində
bütün tərəflər üçün davamlı tərəfdaşlıq
əlaqələri qurmaq və iqtisadi müttəfiqlik
münasibətlərini genişləndirmək imkanı
yaranmışdır.
Məqalənin
tam mətnini aşağıdakı linkdə oxumaq olar:
http://www.eastjournal.net/grecia-a-caccia-dei-capitali-azeri-e-del-gasdotto-adriatico/45118
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri,
Roma
Azərbaycan.-2014.- 12 iyul.- S.1.