Görülən işlər ölkənin
bütün regionlarının dinamik inkişafına imkan
verir
Nazirlər Kabinetinin ilin birinci
yarısının yekunlarına həsr olunmuş iclasında
bu istiqamətin davam etdiyi vurğulanmışdır
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əhatəli və məzmunlu nitq söyləmişdir. İclasda dövlət başçısı yarım ildə ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı, qarşıda duran vəzifələr və görüləcək işlər barədə fikrini bildirərək, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasını tələb etmiş, belə halların təkrar olunmaması üçün tapşırıqlarını vermişdir.
Dinamik şəkildə inkişaf edən ölkə iqtisadiyyatının 6 aylıq statistik göstəriciləri çox yüksəkdir. Bu, Nazirlər Kabinetinin iclasında açıqlanan rəqəmlərdən də aydın görünür. İlin birinci yarısında iqtisadiyyatımız 2,1 faiz artmışdır. Nəzərə almaq lazımdır ki, dünyada uzun müddət davam edən iqtisadi böhran fonunda bu, yüksək rəqəmdir.
Dövlət son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirib. Məqsəd ölkə iqtisadiyyatının inkişaf perspektivlərini şaxələndirməkdir. Artıq inamla deyə bilərik ki, dövlətin həyata keçirdiyi bu siyasət öz müsbət nəticələrini verib. Belə ki, 2014-cü ilin birinci yarısında qeyri-neft sektorunda artım 7 faiz səviyyəsinə çatıb. Belə yüksək göstəricilərə nail olmaq üçün uzun müddət qeyri-neft sektoruna böyük məbləğdə investisiya qoyulub və bu siyasət davam etməkdədir. Bunun nəticəsidir ki, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 56,3 faizə çatmışdır. Odur ki, bir neçə ildən sonra qeyri-neft sektorunun iqtisadiyyatın ümumi çəkisində öz payını daha da artıracağı şübhə doğurmur.
İqtisadi inkişaf həm də ölkə vətəndaşlarının sosial vəziyyətinin və rifahının daha da yaxşılaşması deməkdir. İqtisadiyyatımız inkişaf etdikcə əhalinin sosial ehtiyaclarının ödənilməsi də ildən-ilə yüksək templə artır. Altı ay ərzində əhalinin pul gəlirləri 4,7 faiz artıb. Bunun qarşısında ölkədə inflyasiya cəmi 1,6 faiz həddindədir. Beləliklə, əhalinin gəliri real inflyasiyanı üç dəfə üstələyir. Bu, sosial sahədə böyük göstəricidir. Yəni əhalinin qazandığı gəlirləri inflyasiya əlindən almır. Altı ay ərzində orta əməkhaqqı artaraq 440 manat və ya 560 dollar təşkil edib.
Bu il regional inkişafa
dair üçüncü
proqram qəbul edilmişdir. Yeni dövlət proqramının
qəbul edilməsi sayəsində ilin birinci rübündə 65
min yeni iş yeri açılmışdır
və bunun 52 mini daimidir. Ümumilikdə
2003-cü ildən bugünədək
qəbul edilən proqramların icrası nəticəsində 1 milyon
300 min iş yeri açılmışdır ki,
bunun da təqribən 1 milyonu daimi iş yeridir.
Qəbul
edilən proqramlar nəticəsində ölkədə
işsizlik tam aradan qalxmaq üzrədir.
Ölkəmizin maliyyə vəziyyəti sabitdir. Bu, iqtisadi inkişafın təminatında
mühüm rol oynayır. Azərbaycan böyük maliyyə
resurslarına malikdir.
Xaricdən maliyyə və
investisiya asılılığı
yoxdur, ölkə iqtisadiyyatını maliyyələşdirmək
qabiliyyətindədir. Buna görədir ki, son bir neçə
ildə iqtisadiyyata kapital qoyuluşunda daxili investisiyalar üstünlük təşkil
edir. Bir faktı qeyd
etmək istəyirik ki, ölkəmizin valyuta ehtiyatı 54 milyard manatdır. Bu, dövlətimizə iqtisadiyyatın tənzimlənməsinə,
kapital qoyuluşu və sosial layihələrin həyata
keçirilməsinə geniş
imkanlar açır.
Azərbaycan kimi kiçik
bir dövlət üçün 54 milyard valyuta ehtiyatının olması onun yüksək inkişafından
xəbər verir.
Ölkə iqtisadiyyatında hələ
neft sənayesi öz üstün mövqeyini qorumaqdadır. Hazırda bu
sahədə dünya
əhəmiyyətli bir
sıra yeni layihələr həyata keçirilir. Artıq ölkəmiz
Avropanın enerji təhlükəsizliyində mühüm
rol oynayacaq bir dövlət kimi tanınır.
Prezident
İlham Əliyev həyata keçirilən
enerji təhlükəsizliyi
siyasətinə toxunaraq
demişdir: “Bu altı
ayda neft-qaz sahəsində, xüsusilə
“Cənub” qaz dəhlizi ilə bağlı ciddi addımlar atılmışdır.
TANAP layihəsinin icrası, demək olar ki, artıq
başlanmışdır. Tikintiyə hazırlıq dövrü
çox uğurla gedir. Hesab edirəm ki,
biz bu böyük layihəni vaxtında icra edəcəyik. “Cənub” qaz
dəhlizinin təşəbbüskarı
Azərbaycandır. Bu layihənin icrası nəticəsində həm
Azərbaycan, həm də onun qonşuları
və Avropa ölkələri böyük
fayda götürəcəklər.
Azərbaycan bu sahədə
də liderlik keyfiyyətlərini göstərmişdir.
Bu üç layihə
- “Şahdəniz-2”, TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək,
Azərbaycanı çox
önəmli iqtisadi və enerji tərəfdaşına çevirəcək
və ən vacibi, Azərbaycan xalqının bundan sonra da iqtisadi
və maliyyə məsələlərinin həlli
sahəsində rifahını
təmin edəcəkdir.
Biz bu layihənin
icrası nəticəsində
bundan sonra ən azı yüz il ərzində
qaz ixracatından böyük fayda götürəcəyik və
Azərbaycanın dünyadakı
rolu daha da artacaqdır”.
Prezident
İlham Əliyev tərəfindən 2014-cü il “Sənaye ili” elan edilib. Məqsəd ölkə iqtisadiyyatında
sənayeləşmənin keyfiyyətini yüksəltmək,
onun miqyasını və rəqabət qabiliyyətli məhsul istehsalını artırmaqdır.
Ölkəmizdə sənayenin
inkişafında mühüm
rol oynayacaq “Azərbaycan Polad İstehsalı Kompleksi”nin
qurulması ilə bağlı sənədin imzalanması
bunu bir daha sübut edir. Yeni kompleksin yaradılması,
mövcud istehsal sahələrinin fəaliyyətinin
səmərəli təşkili,
sağlamlaşdırılması və maddi-texniki bazasının yaxşılaşdırılması
istiqamətində işlərin
görülməsinə imkan
verəcək. Buna qədər fəaliyyət
göstərən texnoparklar
ölkə sənayesinə
real töhfələrini verib.
Ən önəmlisi odur ki, yeni texnoparkların
daha çox regionlarda yaradılmasına
qərar verilib. Bu, ölkənin bütün
ərazilərinin inkişafına
və regionlarda əhalinin işlə təminatına yol açacaq. Mingəçevir və Gəncə
sənaye parklarının
yaradılması ilə
bağlı qərarın
qəbul edilməsi də bu məqsədə
xidmət edir.
Dövlət başçısı İlham Əliyev ölkənin sənayeləşdirilməsi
məsələlərinə toxunaraq demişdir: “Bu il sənaye ilidir. Əlbəttə ki, sənayenin
inkişafı diqqət
mərkəzindədir. Həm xaricdən, həm daxildən investisiyaların
cəlb edilməsi müsbət haldır.
Biz investisiyaları xüsusilə sənaye istehsalının artırılmasına
yönəldirik, yönəldəcəyik
və bu məqsədlə yeni struktur islahatları göz qabağındadır.
Texnoparklar yaradılır, dövlət
burada da öz üzərinə böyük məsuliyyət
götürür, böyük
maliyyə töhfəsini
verir. Çünki texnoparkların yaradılması,
orada təmizlik işlərinin aparılması,
infrastrukturun qurulması,
yollar, xətlər və sair - bütün bunlar dövlət hesabına olan məsələlərdir.
Biz bunu dövlət
büdcəsi hesabına
özəl sektorun fəaliyyəti üçün
edirik. Yəni biz özəl sektora
qayğı göstəririk,
real praktik addımlar atırıq. İnanmıram ki, indi hansısa
bir ölkədə dövlət bu məsələlərlə bu
qədər məşğul
olsun”.
Qazanılan nailiyyətlər, ölkə
həyatının bütün
sahələrinin tarazlı
inkişafı da məhz dövlətin bu siyasəti və dəstəyi sayəsində mümkün
olmuşdur.
Rüstəm
KAMAL,
Azərbaycan.-2014.- 13 iyul.- S.1.