Azərbaycan Respublikasının Əlcəzair
Xalq Demokratik
Respublikasında (Əlcəzair şəhərində) Səfirliyinin
təsis edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) Səfirliyi təsis edilsin.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2014-cü il
Azərbaycan.-2014.- 13 iyul.- S.2.