Azərbaycan Respublikası Hökuməti
ilə Birləşmiş Millətlər Təşkilatının
İnkişaf Proqramı arasında qlobal siyasi müzakirələrdə
gənclərin fəal iştirakını dəstəkləmək
üçün yeni
platformaların yaradılması haqqında Layihə Sənədinin
təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni platformaların yaradılması haqqında 2014-cü il aprelin 1-də Bakı şəhərində imzalanmış layihə sənədi onun tərkib hissəsi hesab edilən əlavələrlə birgə təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən layihə sənədinin müddəalarının həyata keçirilməsini təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2014-cü il
Azərbaycan.-2014.- 13 iyul.- S.2.