“Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi ilə Xorvatiya
Respublikasının Ədliyyə Nazirliyi
arasında əməkdaşlıq haqqında” Memorandumun
təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Xorvatiya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında” 2014-cü il mayın 19-da Bakı şəhərində imzalanmış memorandum təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən memorandumun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Xorvatiya Respublikası Hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
8 iyul
2014-cü il
Azərbaycan.-2014.- 13 iyul.- S.2.