Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa
Konfransının
Nizamnaməsində nəzərdə
tutulan milli
orqanın müəyyən edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
1. Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının 1955-ci il iyulun 15-də qüvvəyə minmiş Nizamnaməsinin 7-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan milli orqan qismində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci bəndində göstərilən milli orqan barədə Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Baş katibinə müvafiq bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyul 2014-cü il
Azərbaycan.-2014.- 13 iyul.- S.2.