Kann şəhərində
keçirilən Azərbaycan mədəniyyəti
günləri çərçivəsində
caz musiqisindən ibarət konsert təşkil olunmuşdur
Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva konsertdə iştirak
etmişdir
Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə
Fransanın Kann şəhərində davam edən Azərbaycan
mədəniyyəti günləri çərçivəsində
iyulun 11-də şəhərin Festivallar sarayında,
açıq səma altında gənc cazmen İsfar Sarabskinin
konserti təşkil olunmuşdur.
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyeva konsertdə iştirak etmişdir.
Caz
ifaçısı kimi tanınan Əməkdar Artist İsfar
Sarabskinin konserti Kann şəhərinin sakinlərinə və
qonaqlarına xoş ovqat bəxş etmiş, Azərbaycan mədəniyyət
günlərinə daha bir çalar qatmışdır. Kannda
musiqi janrları arasında sərbəstliyi ilə seçilən
caz sədaları səslənmişdir. Müstəqil,
yüngül, eyni zamanda dərin və mənalı musiqi. Bu
gecə Azərbaycan məhz bu musiqinin təqdimatı ilə
növbəti dəfə Kannın qəhrəmanı
olmuşdur.
Caz
musiqisinin virtuaz ifaçısı İ. Sarabskinin
çıxışı kanlılar və şəhərin
qonaqları tərəfindən böyük maraqla
qarşılanmışdır.
Ölkəmizdə
çox dərin caz ənənələri var. Səbəblərdən
biri isə odur ki, Azərbaycanın musiqi mədəniyyətinin
əsasında bütövlükdə improvizasiya durur. Bu, bizi
caza daha da yaxınlaşdırır. Ölkəmiz Vaqif
Mustafazadə, Rafiq Babayev kimi caz ifaçıları ilə fəxr
edə bilər. Azərbaycan cazının əsasında
müstəqillik və eyni zamanda milli ab - havanın birləşməsi
ilə yaradılan fərqli və orijinal bir musiqi janrı
dayanır. Bu, Azərbaycan cazının əfsanəsi
adlandırılan Vaqif Mustafazadənin muğamdakı
improvizasiyalara caz elementlərinin qarışığı ilə
təqdim etdiyi yeni mükəmməl tandem - caz-muğam
üslubudur.
Beləliklə,
Azərbaycan Kann tamaşaçılarının
qarşısına fərqli ovqat bəxş edən
çılğın caz kompozisiyaları ilə
çıxmışdır. Bu gecə Kann şəhərinin
ruhunda heç bir qaydalara tabe olmayan, öz qanunları ilə
yaşayan və yalnız improvizasiyanı hər şeydən
üstün tutan caz ritmləri hökm
sürmüşdür.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi
müxbiri
Kann
Azərbaycan.-2014.- 13 iyul.- S.3.