Azərbaycan Prezidenti İlham Əliyevin və
İtaliya Prezidenti Corco Napolitanonun
geniş
tərkibdə görüşü
olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya rəsmi səfəri
Iyulun
14-də Romada Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və İtaliya Respublikasının
Prezidenti Corco Napolitanonun nümayəndə heyətlərinin
iştirakı ilə geniş tərkibdə
görüşü olmuşdur.
Dövlətimizin
başçısı İtaliya Prezidentinin sarayına gəldi.
Sarayın
həyətində Prezident İlham Əliyevin şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan
nümayəndə heyətinin üzvləri Prezident Corco
Napolitanoya, İtaliyanın rəsmi şəxsləri Prezident
İlham Əliyevə təqdim edildi.
Prezidentlər
rəsmi foto çəkdirdilər.
Sonra
dövlət başçılarının geniş tərkibdə
görüşü oldu.
Görüşdə
Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, mədəni
və digər sahələrdə əməkdaşlığın
uğurlu inkişafından məmnunluq ifadə edildi. Ölkələrimiz
arasında əlaqələrin Avropa İttifaqı-Azərbaycan
əməkdaşlığı baxımından önəmi
vurğulandı. Azərbaycanın Avropa Şurasında,
İtaliyanın Avropa İttifaqında sədrliyi
dövründə səylərin əlaqələndirilməsinin
vacibliyi qeyd edildi.
Söhbət
zamanı energetika sahəsində əməkdaşlığın
uğurlu inkişafı vurğulandı, ölkələrimizin
beynəlxalq təşkilatlarda bir-birinə
qarşılıqlı dəstək verdiyi bildirildi.
Görüşdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, Azərbaycan-İtaliya ikitərəfli
münasibətlərinin müxtəlif aspektləri və
qarşılıqlı maraq doğuran digər məsələlərlə
bağlı ətraflı fikir mübadiləsi
aparıldı.
X X X
Görüşdən
sonra İtaliya Prezidenti Corco Napolitanonun adından Azərbaycan
Prezidenti İlham Əliyevin şərəfinə nahar verildi.
Azərbaycan.-2014.- 15 iyul.- S.2.