Prezident İlham
Əliyev Romada İtaliya
Senatının
sədri Pietro Qrasso ilə
görüşmüşdür
Azərbaycan
Prezidenti İlham Əliyev İtaliyaya rəsmi səfəri
iyulun
14-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Romada İtaliya Senatının sədri Pietro Qrasso ilə
görüşmüşdür.
Azərbaycan
Prezidenti İlham Əliyev və İtaliya Senatının sədri
Pietro Qrasso birgə foto çəkdirdilər.
Görüşdə
Azərbaycan ilə İtaliya arasında strateji əlaqələrin
müxtəlif sahələrdə uğurla inkişafından
məmnunluq ifadə olundu. İtaliyanın ölkəmizin əsas
ticarət tərəfdaşı olduğu vurğulandı,
iqtisadi əməkdaşlığımızın şaxələndirilməsinin
önəmi qeyd edildi. Azərbaycanda çoxsaylı italyan
şirkətlərinin fəaliyyət göstərməsinin əlaqələrimizin
inkişafına töhfə verdiyi bildirildi. Ölkələrimiz
arasında əlaqələrin Azərbaycan-Avropa
İttifaqı əməkdaşlığının
inkişafında mühüm rol oynadığı qeyd olundu.
Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə,
İtaliyanın isə Avropa İttifaqına sədrliyi
dövründə birgə fəaliyyətin həyata
keçirilməsinə əminlik ifadə edildi.
İtaliya
Senatının sədri ölkəsinin Azərbaycana Qafqazda
sabitliyin təminatçısı kimi
yanaşdığını bildirdi.
Prezident
İlham Əliyev İtaliya Senatının sədrinə Ermənistanın
Azərbaycana hərbi təcavüzünün nəticələri
və Dağlıq Qarabağ münaqişəsinin həlli
ilə bağlı aparılan danışıqların
hazırkı vəziyyəti barədə məlumat verdi.
Görüşdə
ölkələrimiz arasında münasibətlərin
inkişafında parlamentlərarası əlaqələrin, o
cümlədən dostluq qruplarının rolunun önəmi
qeyd olundu, bu sahədə gələcək əməkdaşlığın
daha da möhkəmləndirilməsinin əhəmiyyəti
vurğulandı.
Sonda
qarşılıqlı hədiyyələr təqdim olundu.
Azərbaycan.-2014.- 15 iyul.- S.2.