Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Fransua Ollanda

 

Hörmətli cənab Prezident,

Fransa Respublikasının milli bayramı münasibətilə Sizə Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan Azərbaycan xalqı adından ən səmimi təbriklərimi xoş arzularımı yetirirəm.

Bu gün Azərbaycan-Fransa münasibətləri öz zəngin tarixi ənənələrinə uyğun olaraq müvəffəqiyyətlə inkişaf etməkdədir. Ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi təmaslar, iqtisadi sahədə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığımız, çoxşaxəli davamlı humanitar, mədəni əlaqələrimiz Azərbaycan-Fransa münasibətlərinin səciyyəvi cəhətlərindəndir.

Sizin bu yaxınlarda Azərbaycana səfəriniz, apardığımız danışıqlar, imzalanan sənədlər, şübhəsiz ki, ikitərəfli münasibətlərimizin inkişafına mühüm təkan vermişdir.

Biz Fransanın Cənubi Qafqazda sülh əmin-amanlığın bərqərar olmasında marağından məmnunluq duyuruq. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzünün, ərazilərimizin 20 faizinin işğal olunması, soydaşlarımızın qaçqın məcburi köçkün vəziyyətinə düşməsi ilə müşayiət olunmuş münaqişənin ağır nəticələrinin beynəlxalq hüquq normaları əsasında, tezliklə ədalətli həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın şəxsən Sizin, cənab Prezident, səylərinizdən gözləntilərimiz böyükdür.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına daim əmin-amanlıq firavanlıq diləyirəm.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 iyul 2014-cü il.

Azərbaycan.-2014.- 15 iyul.- S.4.