Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kann şəhərinin keçmiş
meri ilə görüşmüşdür
Kannda
keçirilən Azərbaycan mədəniyyəti günləri
çərçivəsində iyulun 13-də Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva Kann şəhərin keçmiş meri, Fransa Milli
Assambleyasının deputatı Bernar Broşənlə
görüşmüşdür.
Bernar
Broşən Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanı növbəti dəfə
Kannda görməyindən böyük məmnunluq hissi
duyduğunu vurğulamış, bu il yenidən təşkil
olunan Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətini
qeyd etmiş, onun ötən ilki kimi yüksək səviyyədə
keçdiyini bildirmişdir.
Heydər
Əliyev Fondunun bu sahədəki fəaliyyətini təqdir
edən Bernar Broşən fond tərəfindən Fransanın
müxtəlif region və şəhərlərində
keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.
Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva Bernar Broşənin Kannda
mədəniyyət günlərinin keçirilməsi ilə
bağlı ənənənin formalaşmasındakı rolunu
yüksək qiymətləndirmişdir.
Görüşdə
əməkdaşlığın perspektivləri ilə
bağlı fikir mübadiləsi aparılmışdır.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi
müxbiri
Kann
Azərbaycan.-2014.- 15 iyul.- S.5.