Azərbaycan-İtaliya sənədləri imzalanmışdır

 

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri

 

Iyulun 14-də Romada Azərbaycan-İtaliya sənədlərinin imzalanması mərasimi olmuşdur.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliyanın Baş naziri Matteo Renzi tərəfindən “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” qəbul olundu.

“Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında Sazişi Azərbaycanın energetika naziri Natiq Əliyev və İtaliyanın infrastruktur, nəqliyyat və telekommunikasiyalar naziri Maurizio Lupi imzaladılar.

“Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov və İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Karlo Kalenda imzaladılar.

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və İtaliyanın Mədəni İrs və Fəaliyyətlər və Turizm Nazirliyinin dövlət katibi Françeska Barraççiu imzaladılar.

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İtaliya Respublikası Nazirlər Şurasının Sədrliyinin Regional Məsələlər, Muxtariyyətlər və İdman Departamentiİdman Ofisi arasında idman əməkdaşlığına dair Anlaşma Memorandumunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İtaliya Nazirlər Kabinetinin dövlət katibi Qratsiano Delrio imzaladılar.

 

AzərTAc

Azərbaycan.-2014.- 16 iyul.- S.1.