«Məhkəmələr və hakimlər
haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 413; 1999, ¹ 5, maddə 284, ¹ 7, maddə 396, ¹ 10, maddə 570; 2001, ¹ 5, maddə 292, ¹ 6, maddə 379, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə 4, ¹ 12, maddə 706; 2003, ¹ 6, maddə 278; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 4, maddə 199, ¹ 8, maddələr 597, 598, ¹ 9, maddə 669; 2005, ¹ 1, maddə 7, ¹ 8, maddə 686; 2006, ¹ 1, maddə 4, ¹ 12, maddə 1005; 2007, ¹ 5, maddələr 439, 446, ¹ 7, maddə 712, ¹ 11, maddə 1078, ¹ 12, maddə 1222; 2008, ¹ 3, maddə 163, ¹ 7, maddə 609; 2009, ¹ 2, maddə 46, ¹ 11, maddə 878; 2010, ¹ 7, maddə 596, ¹ 10, maddə 842; 2011, ¹ 4, maddə 265; 2013, ¹ 1, maddə 21; 2014, ¹ 2, maddə 85) aşağıdakı dəyişikliklər edilsin:
1. 22-ci, 33-cü və 44-cü maddələrin birinci hissəsinin ikinci cümləsində "6" rəqəmi "12" rəqəmi ilə əvəz edilsin.
2. 27-ci maddənin
birinci hissəsi aşağıdakı redaksiyada
verilsin:
"Ağır cinayətlər
məhkəməsi sədrdən
və hakimlərdən
ibarətdir. Tərkibində
12 və daha çox hakim olan ağır cinayətlər
məhkəməsində sədr
müavini vəzifəsi
təsis edilir.".
3. 90-cı
maddəyə aşağıdakı
məzmunda altıncı
hissə əlavə edilsin:
"Birinci instansiya məhkəmələrinin maliyyə
təminatı üçün
nəzərdə tutulan
xərclər barədə
təkliflər müvafiq
icra hakimiyyəti orqanına təqdim edilməzdən əvvəl
Məhkəmə-Hüquq Şurasının
rəyi alınır.".
4.
93-4-cü maddəyə aşağıdakı
məzmunda ikinci hissə əlavə edilsin:
"Hakim
vəzifəsindən öz
arzusu ilə azad olunaraq, bu qanunun 93-3-cü maddəsinin yeddinci hissəsində nəzərdə
tutulan orqanlarda işləyən şəxs
həmin maddədə
nəzərdə tutulmuş
prosedurlardan kənar, Məhkəmə-Hüquq Şurasında
müsahibədən keçirilməklə,
bu qanunun 94-cü maddəsi ilə müəyyən edilmiş
qaydada yenidən hakim vəzifəsinə təyin
edilə bilər.".
5.
100-cü maddəyə aşağıdakı
məzmunda dördüncü
hissə əlavə edilsin:
"Hakimin fəaliyyətinə
kənar müdaxilə
olduqda, o, bu barədə Məhkəmə-Hüquq
Şurasına müraciət
etməlidir.".
6.
106-cı maddəyə aşağıdakı
məzmunda beşinci hissə əlavə edilsin:
"Hakimin fəaliyyəti dövründə onun əməkhaqqının məbləği
aşağı salına
bilməz.".
7.
113-cü maddə üzrə:
7.1. ikinci hissənin
9-cu bəndi aşağıdakı
redaksiyada verilsin:
"9) əmək qabiliyyətinin
fasiləsiz olaraq altı aydan çox müddətə
tam itirilməsi ilə
əlaqədar vəzifəsini
yerinə yetirə bilmədikdə;";
7.2. aşağıdakı məzmunda üçüncü
hissə əlavə edilsin:
"Əmək qabiliyyətinin
tam itirilməsi müvafiq
icra hakimiyyəti orqanının rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin
tam itirilməsi dedikdə,
müvafiq icra hakimiyyəti orqanının
qərarı ilə hakimə müvafiq dərəcədən əlillik
qrupu müəyyən
edilməklə ən
azı bir il müddətinə əmək qabiliyyətsiz
hesab edilməsi başa düşülür.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
20 iyun 2014-cü il
Azərbaycan.-2014.-
16 iyul.- S.3.