«Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1011-IVKQD nömrəli Konstitusiya Qanununun tətbiqi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin  19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik  edilməsi  barədə"   Azərbaycan Respublikasının 2014-cü  il 27 iyun tarixli 1011-IVKQD nömrəli Konstitusiya Qanununun qüvvəyə minməsi ilə əlaqədar  həmin Konstitusiya Qanununun tətbiqini  təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində  hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Konstitusiya Qanununa uyğunlaşdırılmasını üç ay müddətində  təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Konstitusiya Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə  beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Konstitusiya Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli  aktların "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə"  Azərbaycan Respublikasının Konstitusiya  Qanununa  uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 8 iyul 2014-cü il

Azərbaycan.-2014.- 16 iyul.- S.3.