Prezident İlham
Əliyev ABŞ-ın Azərbaycandakı səfirini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da
ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Riçard Morninqstarı diplomatik fəaliyyətinin
başa çatması ilə əlaqədar qəbul edib.
Görüşdə
Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli
münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə
uğurla inkişaf etdiyi vurğulandı, enerji sahəsində
uzun illər həyata keçirilən əməkdaşlığın
önəmi qeyd olundu, əlaqələrimizin hazırkı vəziyyəti
və perspektivləri ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 17 iyul.- S.2.