«Xəzər dənizinin çirklənmədən
qorunması üzrə əlavə tədbirlər
haqqında» Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 13 iyun tarixli 2867 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Xəzər dənizinin çirklənmədən qorunması üzrə əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2867 nömrəli Sərəncamını "Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 898-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Xəzər dənizinin çirklənmədən qorunması üzrə əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2867 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 6, maddə 536) 1-ci hissəsində "Gürgan-Səngəçal" sözləri "Gürgən-Səngəçal" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyul 2014-cü il
Azərbaycan.-2014.- 17 iyul.- S.4.