«Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında» Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 1, maddə 8; 2005, ¹ 1, maddə 1, ¹ 8, maddə 700; 2006, ¹ 2, maddə 70; 2008, ¹ 2, maddə 49; 2010, ¹ 4, maddə 265; 2012, ¹ 1, maddə 2, ¹ 7, maddə 651; 2013, ¹ 12, maddə 1479; 2014, ¹ 2, maddə 78) aşağıdakı dəyişikliklər edilsin:
1. 14.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 14.1.9-cu və 14.1.10-cu maddələr əlavə edilsin:
"14.1.9. qurumun ləğvetmə prosesində olması barədə məlumat;
14.1.10. qurumun ləğv edilməsi barədə məlumat.".
2. 14.2.4-cü maddəyə "yaşayış yeri" sözlərindən sonra ", habelə dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin qüvvədə olma müddəti" sözləri əlavə edilsin.
3. 16.5-ci maddədə "ərizəni" sözü "sənədləri" sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2014-cü il
Azərbaycan.-2014.- 17 iyul.- S.2.