«Avtomobil yolları haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

 "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 3, I kitab, maddə 125; 2001, ¹ 12, maddələr 731, 736; 2004, ¹ 11, maddə 901; 2006, ¹ 6, maddə 478; 2007, ¹ 5, maddə 436, ¹ 10, maddə 938; 2008, ¹ 5, maddə 348, ¹ 7, maddə 602; 2012, ¹ 6, maddə 506; 2013, ¹ 6, maddələr 599, 624; Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 935 nömrəli Qanunu) 23-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Beşinci hissə aşağıdakı redaksiyada verilsin:

"Ümumi istifadədə olan avtomobil yolları müvafiq icra hakimiyyəti orqanı tərəfindən adlandırılır.".

2. Yeddinci, səkkizinci və doqquzuncu hissələr ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 20 iyun 2014-cü il

Azərbaycan.-2014.- 17 iyul.- S.5.