«Avtomobil yolları
haqqında» Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə» Azərbaycan
Respublikasının 2014-cü il 20 iyun tarixli 997-IVQD nömrəli
Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "Avtomobil yolları haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2014-cü
il 20 iyun tarixli 997-IVQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1.
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Avtomobil
yolları haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ-hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3.
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ-hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4.
həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2.
Müəyyən edilsin ki, "Avtomobil yolları haqqında"
Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin
beşinci hissəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
respublika və yerli əhəmiyyətli avtomobil yollarına
münasibətdə Azərbaycan Respublikası Nəqliyyat
Nazirliyinin təqdimatı ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti, digər dövlət
avtomobil yollarına münasibətdə yerli icra hakimiyyəti
orqanları (şəhər rayonu icra hakimiyyətləri
istisna olmaqla), qəsəbə və kəndlərin ərazisində
yerləşən bələdiyyə avtomobil yollarına
münasibətdə müvafiq bələdiyyələrin,
özəl avtomobil yollarına münasibətdə isə
mülkiyyətçilərin rəyini nəzərə
almaqla, yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.
3. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ-hüquqi
aktlarının və normativ xarakterli aktların "Avtomobil
yolları haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 11 iyul 2014-cü il
Azərbaycan.-2014.- 17 iyul.- S.5.