Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə
Hörmətli
Vladimir Vladimiroviç,
Moskva
metrosunda qəza nəticəsində insan tələfatı
haqqında xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan
xalqı adından və şəxsən öz adımdan Sizə,
həlak olanların doğmalarına və yaxınlarına dərin
hüznlə başsağlığı verir, zərərçəkənlərin
hamısının tezliklə sağalmasını arzu edirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 16 iyul 2014-cü il
Azərbaycan.-2014.- 17 iyul.- S.2.