Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 noyabr tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 207             Bakı şəhəri, 25 iyun 2014-cü il

 

 

"Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 822-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 63 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 noyabr tarixli 183 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1065; 2013, ¹ 3, maddə 349, ¹ 6, maddə 724) ilə təsdiq edilmiş "Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 6.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

"6.6. Haqqın ödənilməsi ilə bağlı yaranan mübahisələrə inzibati qaydada və məhkəmədə baxıla bilər.".

2. 8.1-ci bənddə "Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş haqqın" sözləri "Tarif (Qiymət) Şurası tərəfindən müəyyən edilmiş xidmət haqqının (ödənişin)" sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 17 iyul.- S.6.