Azərbaycanın sosial-iqtisadi
inkişaf xətti özünü
uğurla doğruldur
Uğur və nailiyyətləri şərtləndirən mühüm amillərdən biri sosial məsuliyyət prinsipidir. Hakimiyyət cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirəndə xalqa layiqli xidmət məramını əsas tutmaqla ölkənin bütün resurslarını strateji məqsədlərin gerçəkləşdirilməsi naminə səfərbər edə bilir. Bu baxımdan səmərəli və şəffaf idarəçiliyi hökumətin mühüm vəzifələrindən biri kimi müəyyənləşdirmiş Azərbaycan Prezidenti İlham Əliyev bu prinsipi daim önə çəkir.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev ötən 10 ildən artıq müddətdə görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə ictimaiyyətin məlumatlandırılmasını daim zəruri saymışdır. Bu cür hesabatlar ilk növbədə hər rüb üzrə əldə edilmiş iqtisadi nailiyyətlərin qiymətləndirilməsi, uğurların ictimaiyyətə çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması, onların həlli yollarının tapılması baxımından səmərəli vasitəyə çevrilmişdir. Səmərəli, məqsədyönlü və praqmatik idarəetmənin bariz təcəssümü kimi Prezident İlham Əliyev xalq qarşısına daim yeni iqtisadi uğurlarla, inkişafı stimullaşdıran perspektivli layihələrlə çıxır. Dövrün tələblərinə uyğun formalaşdırılmış bu idarəetmə sistemi respublikanın sürətli sosial-iqtisadi tərəqqisinə, siyasi sabitliyə, vətəndaş sülhünə, insanlarımızın maddi rifah halının yaxşılaşmasına, ölkədə demokratiyanın inkişafına yönəlmiş mühüm qərarlara, habelə bu qərarların icrasına xalqla birgə nəzarət formuluna əsaslanır.
6 ayın yekunları iqtisadiyyatdakı yeni nailiyyətlərdən xəbər verir
Cari ilin son altı ayının sosial-iqtisa
di yekunları Azərbaycanın iqtisadi cəhətdən getdikcə
daha qüdrətli bir ölkəyə çevrildiyini göstərir.
Əvvəlki illərdə
olduğu kimi, cari ilin birinci
yarımilində də
ölkəmizin sosial-iqtisadi
inkişafı davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft
sektorunun inkişafının
sürətləndirilməsi, sənaye potensialının
gücləndirilməsi, regionların
tarazlı inkişafı,
əlverişli biznes və investisiya mühitinin formalaşdırılması
və digər sahələrdə əhəmiyyətli
işlər görülmüş,
nəticədə əhalinin
rifahının yüksəlməsi
davam etmişdir. Təbii ki, bu müsbət
tendensiyanı şərtləndirən
əsas amil ölkə iqtisadiyyatının
bütün sahələrində
dinamik artımın olmasıdır. Elə bu
məqam da Azərbaycanda iqtisadi inkişafın hər hansı bir sahə üzrə köklənməyərək kompleks
xarakter daşıdığını
yenidən bariz şəkildə təsdiq
edir. İlin əvvəlindən Azərbaycan
iqtisadiyyatı 2,1 faiz artıb. Hazırda dünyada hələ də davam edən
maliyyə-iqtisadi çətinlikləri
nəzərə alanda
ölkəmizdə iqtisadiyyatın
artımı olduqca qürurverici haldır.
Bu artımda diqqəti
çəkən mühüm
cəhət isə ondan ibarətdir ki, 6 ayın yekunu ölkə rəhbərliyinin qeyri-neft
sektorunun inkişafı
sahəsində həyata
keçirdiyi siyasətin
özünü tam doğrultduğunu
konkret faktlar əsasında meydana çıxarır. Çünki hesabat dövrü
ərzində qeyri-neft
sahəsinin inkişaf
səviyyəsi neft sektoruna nisbətdə yenə də yüksəlib. Bütün bunlar
Azərbaycanın seçdiyi
inkişaf yolunun tam düzgün olduğunu, zamanın tələblərinə
cavab verdiyini, ölkənin qazandığı
uğurların miqyasının
daha da genişlənməsinə
xidmət etdiyini, iqtisadi islahatların düzgün aparıldığını
göstərir. Hazırda Azərbaycanın
qeyri-neft sektorunda inkişaf 7 faiz səviyyəsindədir və
bu özlüyündə
olduqca müsbət göstəricidir. Artıq
qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 56,3 faizə çatmışdır.
İyulun
10-da Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında
bununla bağlı deyib: "Bizim uğurlarımızın təməlində
düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan
islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın
dayanıqlı inkişafı
mümkün olmuşdur.
Siz də yaxşı xatırlayırsınız ki,
vaxtilə bizim uğurlarımızı bəziləri
ancaq neft amili ilə bağlayırdılar. Belə bir
fikir irəli sürülürdü ki,
Azərbaycanın nefti
var və buna görə ölkə iqtisadiyyatı
inkişaf edir. Əlbəttə, son illərdə bu amil öz
rolunu oynamışdır.
Ancaq bizim uğurlu siyasətimizin nəticəsində
bu gün neftdən asılılıq
böyük dərəcədə
aşağı düşmüşdür
və ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır".
Bütövlükdə bu ilin birinci
yarısının yekunları
Azərbaycanın davamlı
iqtisadi inkişafı
üçün möhkəm
əsasların yaradıldığını,
ölkəmizdə makroiqtisadi
sabitliyin uğurla qorunduğunu tam qətiyyətlə
deməyə əsas verir. Belə ki, son illər
maliyyə sabitliyi indeksinin dünyanın əksər ölkələrində
mənfi saldo üzrə qeydə alınmasına baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılıb və hesabat dövrü ərzində ölkəmizdə
ümumi daxili məhsulun səviyyəsi
2013-cü ilin müvafiq
dövrü ilə müqayisədə əhəmiyyətli
dərəcədə artıb.
Əldə edilən nailiyyətlər
sosial sahədə müsbət təsirini göstərir
Ölkəmizdə aparılan məqsədyönlü
siyasət nəticəsində
daha yüksək inkişaf göstəricilərinə
malik olan iqtisadiyyatımız əhalinin
etibarlı sosial müdafiəsinin əhəmiyyətli
dərəcədə yaxşılaşdırılmasını
təmin edib. Prezident İlham
Əliyevin diqqət və qayğısının
nəticəsidir ki, əhalinin sosial rifahının yüksəldilməsi
ilə bağlı məsələlər bu ilin birinci yarısında
da prioritet vəzifələrdən biri
olaraq qaldı. Ötən dövrlərdə olduğu
kimi, bu ilin birinci yarısında
da iqtisadi sferada yaşanan inkişaf və əldə edilən nailiyyətlər əhalinin
maddi rifah halının yüksəlməsinə
öz töhfəsini
verərək bu sahədə vəziyyətin
daha da yaxşılaşmasına
səbəb olub.
Təkcə bir faktı qeyd etmək kifayətdir ki, cari ilin
yanvar-may ayları ərzində ölkəmizdə
orta aylıq əməkhaqqı təxminən
6,5 faiz artıb.
Bu gün Azərbaycanda
orta əməkhaqqı
431 manat, yəni 550
dollar səviyyəsindədir. Bu ondan xəbər
verir ki, ölkəmizdə həyata
keçirilən iqtisadi
siyasətin mahiyyətində
duran əsas məqamlardan biri insanların yaşayış
səviyyəsinin daha
da yüksəlməsinə,
maddi gəlirlərinin
artan xətt üzrə inkişafına
xidmət edir.
Bu il iyunun 1-dək əhalinin banklardakı əmanətləri keçən
ilin eyni dövrünə nisbətən
12,8 faiz artaraq, 6,6 milyard manata çatmışdır.
İlin əvvəlindən
əhalinin gəlirlərinin
artması da davam etmiş və ötən ilin eyni dövrü
ilə müqayisədə
4,7 faiz, hər nəfərə düşən gəlirlər
isə 3,3 faiz artmışdır. Daha bir önəmli faktor ondan ibarətdir ki, uğurla reallaşdırılan iqtisadi
siyasət ölkəmizdə
inflyasiya göstəricisinin
bir sıra xarici dövlətlərdə
olduğu kimi iki rəqəmlə ifadə olunmasına imkan vermir. Hesabat dövrü üçün inflyasiyanın
cəmi 1,6 faiz təşkil etdiyi nəzərə alınarsa, onda əhalinin pul gəlirlərinin artım
sürətinin daha çox olduğu aydın görünər.
Bütün bunlar belə
bir reallığı
təsdiq edir ki, əhalinin pul gəlirlərindəki
artım dinamikası ümumi iqtisadi inkişaf fonunda yüksək səviyyədə
olub. Nazirlər Kabinetinin iclasında
sosial məsələlərdən
də söz açıldı və nikbinlik ifadə olundu. Cənab Prezidentin qeyd
etdiyi kimi, əhalinin pul gəlirlərinin inflyasiyanı
3 dəfə üstələməsi
istənilən ölkə
üçün ən
arzu olunan balansdır və bu amillər, iqtisadiyyatımızın əsas
göstəriciləri bizə
bu templəri ilin sonuna qədər
saxlayacağımıza ümid
verir.
Bir sıra inkişaf etmiş ölkələrdə
işsizliyin artımı
fonunda Azərbaycanda iş yerlərinin bağlanması kimi mənfi meylin olmaması və əksinə, bu ilin əvvəlindən
65 min yeni iş yerinin açılması,
Dünya Bankının
adambaşına düşən
ümumi milli gəlir təsnifatına görə Azərbaycanın
"yuxarı orta gəlirli" ölkələr
kateqoriyasına aid edilməsi,
ünvanlı sosial yardımların verilməsi,
yoxsulluğun
səviyyəsinin minimuma
endirilməsi və digər bu kimi
məsələlər dövlətin
sosial siyasətinin uğurlarından xəbər
verən əsas göstəricilərdi.
Azərbaycan iqtisadiyyatının sürətli
inkişaf dinamikası
ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu
sosial-iqtisadi islahatların
Prezident İlham Əliyev tərəfindən
uğurla və keyfiyyətcə yeni mərhələdə davam
etdirilməsinin məntiqi
nəticəsidir. Məhz ulu öndərin
müəyyənləşdirdiyi inkişaf konsepsiyası Azərbaycanı dünyanın
ən dinamik inkişaf edən ölkəsinə çevirmiş,
regionda liderlik mövqeyini təmin etmişdir. Ulu öndərin siyasi
xəttini davam etdirən Prezident İlham Əliyev iqtisadi siyasətdə də ümummilli lider Heydər Əliyevin kursuna sadiqdir. Çünki bu kurs inkişaf etmiş cəmiyyətlərin qəbul
etdiyi bazar iqtisadiyyatı prinsiplərinə,
azad sahibkarlığa,
beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə, maliyyə sabitliyinin və iqtisadi artımın qorunub saxlanmasına, sosialyönümlü
iqtisadi siyasətin həyata keçirilməsinə
əsaslanır.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2014.- 17 iyul.- S.10.