Qorxunun yox olduğu
an
Elton İsgəndərov
19 yaşında bu məqama qovuşdu
Belə
bir müdrik deyim var: cəsarət
mənəvi dəyər,
əxlaqi sərvətdir.
Və bu sərvətə sahib olmaq, yiyələnmək üçün yaş həddi əsas şərt deyil. İgidlik insanın əzmindən, iradəsindən asılıdır.
Sənin cəsarətin
o vaxt tam üzə çıxır ki, öz içində qorxunun tamamilə məhv olduğu məqam başlayır... Deyirlər, qəhrəmanlıq da fitri istedaddır. Mərdlik, cəsarət, ölümün
gözünə dik baxmaq istedadı. Bir də yüksəliş, ucalıq, müqəddəslik,
ölümsüzlük istedadı.
Cəmi
19 yaşında bu zirvəni fəth etmək o qədər də asan deyil.
Bunun üçün bəlkə
də çox şeylər tələb olunur. Ən başlıcası, vətən
sevgisi, torpağa, el-obaya bağlılıq, anda sədaqət... Bəlkə də bütün bunlar 19 yaşın çərçivəsinə,
o balaca boy-buxunun ölçüsünə-biçisinə sığmır. Sən demə,
böyük qəhrəmanlıqlar,
əlçatmaz qələbələr
hər kəsin içindəki təpərlə,
məğrurluqla ölçülür.
Elton Xaləddin oğlu İsgəndərov
da qəhrəmanlığı
belə meyarlarla dəyərləndirir. Samuxun Əhmədbəyli
kəndində doğulmuşdu.
Orta məktəbi bitirəndən
sonra hərbi xidmətə yollanmışdı.
Hələ uşaqlıqdan cəldliyi,
çevikliyi, cəsarəti
ilə yaşıdlarından
fərqlənirdi. Adicə
uşaq oyunlarında da birinciliyə can atırdı. Təşkil etdiyi futbol komandasının kapitanı
idi. Deyirlər ki, komandası
uduzanda bir gün özünə gəlmirdi. Bir sözlə, qalibiyyətə
meyilli idi...
Atası
Xaləddin kişi
oğlu haqqında danışanda nə qədər sarsılsa da, qürurunu, fəxarətini də gizlətmir: "Bir qədər inadkar idi. Orta məktəbi yüksək
qiymətlərlə bitirsə
də, təhsilini davam etdirməyə tələsmədi. Könüllü hərbi xidmətə yollandı. Cəmi bir ildə əsl
qəhrəman ömrü
yaşadı..."
Elton Milli Ordunun Sərhəd Xidmətində
qulluq edirdi. Hərbi xidmətə
başladığı ilk günlərdən
nümunəvi davranışı
ilə seçilirdi.
Komandirləri ən çətin
məqamlarda ona etimad göstərir, qabiliyyətinə inanırdılar.
İnanırdılar ki, Elton başladığı
işi yarımçıq
qoymaz.
2009-cu il iyunun
18-də Cəlilabad rayonu
istiqamətində sərhəd
pozucuları ilə döyüşə başladı.
"Meşə qardaşları" terror təşkilatı
xeyli müddət idi ki, bu
döyüşə hazırlaşırdı.
Onların yeganə məqsədi
dolayı yollarla sərhədlərimizi keçmək
idi. Döyüşün ən ağır
məqamında sərhəd
pozucularından biri sərhədçilərimizin dayandıqları
mövqeyə qumbara atır. Onda cəsur əsgər
Elton İsgəndərov tərəddüd
etmədən özünü
həmin səmtə yetirir. Belə çətin döyüşdə
19 yaşlı əsgər
həlak olsa da, ölümü ilə onlarla əsgər və zabitimizin həyatını
xilas etdi. Bax əsl qəhrəmanlıq,
ölçüyə-biçiyə gəlməyən igidlik belə olur. Onda Elton ölüm haqqında yox, bu torpağın
yenilməzliyi, bütövlüyü
barədə düşünürdü.
Bir də düşünürdü
ki, vətən mənə oğul deyibsə, sübut etməliyəm ki, göstərilən etimadda,
etibarda yanılmayıblar.
Bir döyüş
əməliyyatında da
Elton İsgəndərov ölümlə
üz-üzə qalmışdı. Amma cəsarətlə
üç terrorçunu
yaxalayıb zərərsizləşdirə
bilmişdi. "Meşə qardaşları"
ilə döyüş
isə onun son əməliyyatı oldu.
Terror təşkilatı yaraqlılarını təslim
etmək üçün
bütün gücünü-qüvvəsini
sərf etdi. "Əgər bizim
qəddimizi əyə
bilmirlərsə, deməli,
vətən güclüdür,
ordu qüdrətlidir".
19 yaşlı əsgər bu amallarla yaşayırdı.
Terror əməliyyatında
həyatına son qoyulsa
da, onun xidmətləri qədərincə
qiymətləndirildi. 2009-cu il iyunun
29-da ona Azərbaycanın
Milli Qəhrəmanı
adı verildi. Bu yüksək adın şərəfi, ucalığı
ona ölümündən
sonra bir əbədi ömür başlatdı...
Eltonun təhsil
aldığı kənd
məktəbində maraqlı
bir guşə yaradılıb - Xatirə
guşəsi. Onun adı ilə
bağlı xeyli sənəd, əşya toplanıb. Sonuncu dəfə geydiyi
yaralı əsgər
paltarı da bu guşədə saxlanılır.
Samuxun Əhmədbəyli
kəndində gənclərdən
ibarət bir futbol klubu var. Adına Eltonun komandası deyirlər. Hələ orta
məktəbdə oxuyanda
yaratmışdı bu
komandanı. Bu gün də rayon birinciliyində onlar fərqlənirlər. Çalışırlar ki, qəhrəmanın adını futbol yarışlarında da ləyaqətlə qorusunlar.
Bu gün Eltonun həmkəndliləri onun
adını uca tuturlar. Kənddə yeni doğulan
onlarla uşağa Eltonun adı verilib. Kənd, el-oba yeni qəhrəmanını böyüdür,
hər kəs bilir ki, hələ
müharibə bitməyib.
Nə qədər ki torpaqlarımız düşmən tapdağındadır,
böyüyən yeni
nəsil Eltonun varisi olacağına and içir...
Eltonun atası Xaləddin kişi övladına
göstərilən ehtiramı,
el-oba sevgisini yüksək dəyərləndirir:
"Eltonun cəsarətinə,
hünərinə bələd
idim. Bilirdim ki, o, təkcə
ailəmizin yox, öz xalqının təəssübkeşidir. Milli maraqlar olan yerdə onu susdurmaq mümkün
deyildi..."
Samuxun Əhmədbəyli
kəndində balaca qəbiristanlıqda uca, hündür görünən
bir məzar daşı var. Milli Qəhrəman Elton Xaləddin
oğlu İsgəndərov
bu məzarda uyuyur. Nə yaxşı ki
bu yerin-yurdun sakinləri onu tənhalıqdan qoruyur, tez-tez məzarına baş çəkirlər.
Əlbəttə, bu, adi təsəlli deyil. Vətən,
el-oba uğrunda 19 yaşında həyatı
ilə vidalaşan bir gəncin gələcəyə boylanan
heykəl harayıdır.
Amma inanırıq ki, belə oğulların qisası yerdə qalmayacaq. Biz müharibə istəməsək
də, təslimçiliklə
də barışmaq fikrimiz yoxdur. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "Biz müharibə istəmirik.
Biz çalışırıq
ki, məsələ sülh yolu ilə həll edilsin. Ancaq görürük ki, 20 il ərzində
bu məsələ öz həllini tapmır. Bu məsələni
dondurulmuş vəziyyətdə
saxlamaq istəyən qüvvələr, əfsuslar
olsun ki, öz niyyətlərinə,
öz məqsədlərinə
nail olurlar. Biz isə bu vəziyyətlə
barışmaq istəmirik
və barışmayacağıq.
Biz sülh istəyirik.
Amma, eyni zamanda, biz torpaqlarımızı,
haqq-ədalətin bərpasını
istəyirik..."
Haqq-ədalətin bərpası, halal haqqımızın özümüzə
qaytarılması asanlıqla
başa gəlmir. Bunun üçün
vətən dəyərli
oğullarının canından,
qanından keçir.
Biz bu yolda
hələ mücadiləni
axıra qədər davam etdirəcəyik.
O vaxta qədər ki, 19 yaşlı Milli Qəhrəman Elton İsgəndərovun böyük
arzuları həqiqətə
çevriləcək, vətən
torpağı yağı
tapdağından xilas
olacaq...
Bəşir
ŞƏRİFLİ,
Azərbaycan.-2014.- 17 iyul.- S.11.