«Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə
qarşı Mübarizə üzrə Dövlət
Komissiyasının yeni tərkibinin təsdiq
edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli
Sərəncamında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 8, maddə 637; 2011, ¹ 12, maddə 1161; 2013, ¹ 6, maddə 703, ¹ 9, maddə 1088; 2014, ¹ 4, maddə 404) 1-ci hissəsində "Çingiz Məmmədov - Azərbaycan Respublikası müdafiə nazirinin müavini" sözləri "Kərim Vəliyev - Azərbaycan Respublikası müdafiə nazirinin müavini" sözləri ilə, "İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti" sözləri "Dilqəm Tağıyev - Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyul 2014-cü il
Azərbaycan.-2014.- 18 iyul.- S.1.