"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 196 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 210                         Bakı şəhəri, 27 iyun 2014-cü il

 

 

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 805-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 14 noyabr tarixli 41 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 196 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 11, maddə 1031; 2013, ¹ 9, maddə 1139; 2014, ¹ 2, maddə 204) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı" üzrə:

1.1. 1.1.5-ci və 1.1.6-cı yarımbəndlərə "sığorta hadisəsi nəticəsində" sözlərindən sonra "və ya həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından" sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 1.1.6-1-ci və 1.1.7-1-ci yarımbəndlər əlavə edilsin:

"1.1.6-1. sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə, ölümün sığorta hadisəsi ilə bağlılığını təsdiq edən Tibbi Sosial Ekspert Komissiyasının qərarı;

1.1.7-1. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda faydalanan şəxs hesab edilən ailə üzvləri onun valideynləri olduqda onun doğum haqqında şəhadətnaməsinin, övladları olduqda onların doğum haqqında şəhadətnamələrinin, əri (arvadı) olduqda isə onun nikah haqqında şəhadətnaməsinin surəti;";

1.3. 1.2-ci bəndə "həmin ödənişə aid" sözlərindən sonra "sığorta hadisəsinin birbaşa səbəbi olduğu hallarla əlaqədar" sözləri əlavə edilsin;

1.4. 1.3-cü bəndə "keçirilir" sözündən sonra "və sığorta ödənişi faydalanan şəxsə həmin müqavilədə razılaşdırılmış gündən verilir" sözləri əlavə edilsin.

2. Həmin qərarla təsdiq edilmiş "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydaları"nın 3.2.4-cü yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.5-ci yarımbənd əlavə edilsin:

"3.2.5. bu Qaydaların 3.2.1-ci-3.2.4-cü yarımbəndləri ilə müəyyən edilmiş hər hansı şəxs mövcud olmadığı halda sığorta olunanın digər ailə üzvləri müəyyən edildikdə.".

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 18 iyul.- S.1.