Xarici
ölkələrin Azərbaycan Respublikasında fəaliyyət
göstərən diplomatik nümayəndəlik
və konsulluqlarının, habelə beynəlxalq təşkilatların
nümayəndəliklərinin əməkdaşlarının,
inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin
və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər
edən əcnəbilərin qeydiyyata
alınması haqqında vəsiqələrin nümunələrinin
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 221 Bakı şəhəri, 7
iyul 2014-cü il
"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin (səfərlərinin məqsədindən və ya mənsub olduqları heyətdən asılı olaraq) qeydiyyata alınması haqqında vəsiqələrin nümunələri təsdiq edilsin (1-4 nömrəli əlavələr).
2. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 18 iyul.- S.2.