Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun Himayəçilik
Şurası üzvlərinin təyin edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 7 may tarixli 160 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsi"nin 5.4-cü bəndinə uyğun olaraq qərara alıram:
Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvləri təyin edilsin:
Abdullayev Kamal Mehdi oğlu
Ələkbərov Urxan Kazım oğlu
Əmiraslanov Əhliman Tapdıq oğlu
Həsənli Sabir Hüseyn oğlu
Nemətov Azərpaşa Zəfər oğlu
Qafarova Sahibə Əli qızı
Qurbanlı Mübariz Qəhrəman oğlu
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyul 2014-cü il
Azərbaycan.-2014.- 19 iyul.- S.1.