Niderland Krallığının Baş naziri Zati-aliləri cənab Mark Rütteyə

 

Hörmətli cənab Baş nazir,

Malaysia Airlines” şirkətinə məxsus “Boeing-777” təyyarəsinin qəzaya uğraması nəticəsində çox sayda həmvətəninizin həlak olması xəbəri məni sarsıtdı.

Baş vermiş bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 18 iyul 2014-cü il.

Azərbaycan.-2014.- 19 iyul.- S.1.