Azərbaycan Respublikası Prezidentinin
1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq
edilmiş «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi
Qaydaları»nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nı Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 175; 2000, ¹ 8 (III kitab), maddə 615; 2001, ¹ 10, maddə 640, ¹ 12, maddələr 754, 755; 2003, ¹ 10, maddələr 546, 568, 571, 585; 2004, ¹ 12, maddə 1005; 2005, ¹ 2, maddə 69, ¹ 3, maddə 170, ¹ 7, maddə 592, ¹ 8, maddə 720, ¹ 12, maddələr 1104, 1112; 2006, ¹ 9, maddə 743; 2007, ¹ 3, maddə 234, ¹ 8, maddə 766; 2008, ¹ 6, maddə 498, ¹ 9, maddə 798, ¹ 11, maddə 969; 2009, ¹ 2, maddə 70, ¹ 4, maddə 226, ¹ 10, maddələr 776, 779; 2010, ¹ 2, maddə 80, ¹ 4, maddə 296, ¹ 5, maddə 389; 2013, ¹ 9, maddə 1056; 2014, ¹ 4, maddə 364, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 164 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. Preambula üzrə:
1.1. birinci hissədə "idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi" sözlərindən sonra "Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra - Gömrük Məcəlləsi), "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ-hüquqi aktlarla, o cümlədən" sözləri əlavə edilsin;
1.2. ikinci hissə ləğv edilsin.
2. 1.1-ci bənddə "şəxslər sərbəstdirlər" sözlərindən sonra ", Gömrük Məcəlləsində" sözləri əlavə edilsin.
3. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
"1.2. İxrac olunan mallar gömrük orqanlarına bəyan edilməlidir.".
4. 2-5-ci hissələr,
6.3-cü bənd, 9-cu və
10-cu hissələr, 14.4-cü bənd, 14.5.1-ci, 14.5.2-ci yarımbəndlər,
14.6-cı və 14.7-ci bəndlər
ləğv edilsin.
5. 6.1-ci bənd aşağıdakı
redaksiyada verilsin:
"6.1. İdxal olunan mallar gömrük orqanlarına bəyan edilməlidir.".
6. 6.2-ci bənddə "dəyərlərinə
nəzarət" sözləri
"dəyərinin müəyyən
edilməsinin düzgünlüyünə
nəzarət Gömrük
Məcəlləsi və
"Gömrük tarifi
haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq" sözləri ilə əvəz edilsin.
7. 14.1-ci bənd aşağıdakı
redaksiyada verilsin:
"14.1. Malların gömrük
rəsmiləşdirilməsi Gömrük Məcəlləsinə
uyğun olaraq həyata keçirilir. Bəyanetmənin
forması və qaydaları, həmçinin
gömrük məqsədləri
üçün lazım
olan sənədlərin
və məlumatların
siyahısı Azərbaycan
Respublikasının Nazirlər
Kabineti tərəfindən
müəyyən edilərək
rəsmi nəşrlərdə
dərc olunur, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsinin rəsmi
internet saytlarında yerləşdirilir.".
8. 14.9-cu bənddə "Azərbaycan
Respublikasının" sözlərindən
sonra "Prezidentinə," sözü
əlavə edilsin və "məlumat" sözü "xarici ticarətin gömrük statistikasının məlumatlarını"
sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
9.1. Azərbaycan Respublikası
Prezidentinin aktlarının
bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
9.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının
bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
9.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi
aktlarının bu fərmana uyğunlaşdırılmasını
nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
9.4. bu fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
10. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ-hüquqi aktlarının
və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
11. Bu fərman 2014-cü il noyabrın 1-dən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 iyul 2014-cü il
Azərbaycan.-2014.- 20 iyul.- S.1.