«İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta
haqqında» Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununu "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 804-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 7, maddə 572; 2011, ¹ 12 maddə 1089; 2013, ¹11, maddə 1318; 2014-cü il, ¹ 1, maddə 9) aşağıdakı dəyişikliklər edilsin:
1. 10.0-cı, 10.0.1-ci və 10.0.2-ci maddələr müvafiq olaraq 10.1-ci, 10.1.1-ci və 10.1.2-ci maddələr hesab edilsin və aşağıdakı məzmunda 10.2-ci maddə əlavə edilsin:
"10.2. Bu qanunun 9.1.4-cü maddəsində nəzərdə tutulmuş sorğulara səlahiyyətli dövlət orqanları yayılması "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər.".
2. Aşağıdakı məzmunda 16.5-ci maddə əlavə edilsin:
"16.5. Sığortaçı sığorta ödənişini bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.".
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 iyun 2014-cü il
Azərbaycan.-2014.- 20 iyul.- S.1.