İqtisadiyyat və sənaye
naziri Zaqatalada vətəndaşları
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına uyğun olaraq, mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən
bölgələrdə vətəndaşların qəbulu
davam etdirilir. Qəbullar zamanı vətəndaşların
müraciətləri dinlənilir, qaldırılan məsələlərin
və təkliflərin operativ həlli üçün
müvafiq tədbirlər görülür.
İqtisadiyyat
və sənaye naziri tərəfindən də davamlı
olaraq bölgələrdə vətəndaşların qəbulu
keçirilir, onların müraciətlərinin həlli
istiqamətində müvafiq tədbirlər
görülür. Bu ilin əvvəlindən iqtisadiyyat və
sənaye naziri tərəfindən Salyan, Qobustan, Sumqayıt,
Siyəzən və Ağdamda vətəndaş qəbulları
keçirilib. Bu qəbullarda 350-dən çox vətəndaşın
müraciətinə baxılıb. Ümumiyyətlə, indiyədək
iqtisadiyyat və sənaye naziri tərəfindən bölgələrdə
20 vətəndaş qəbulu keçirilib, bu qəbullarda
1200-dək vətəndaş iştirak edib.
AzərTAc
xəbər verir ki, iqtisadiyyat və sənaye naziri Şahin
Mustafayev vətəndaşlarla növbəti qəbulunu iyulun
19-da Zaqatala şəhərində keçirdi. Şəhər
2 nömrəli tam orta məktəbin binasında keçirilən
qəbulda Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşların
müraciət və təklifləri diqqətlə dinlənildi,
qaldırılan məsələlərin həlli
üçün nazirliyin aidiyyəti struktur bölmələrinin
rəhbərlərinə müvafiq tapşırıqlar
verildi. Vətəndaşların əksər müraciətləri
yerindəcə həll edildi. Araşdırma tələb
olunan, eləcə də nazirliyin fəaliyyət istiqamətinə
aid olmayan məsələlərlə bağlı müraciətlər
isə müvafiq tədbirlərin görülməsi və
aidiyyəti qurumlara çatdırılması
üçün qeydiyyata alındı.
Zaqatalada keçirilən qəbulda nazir Şahin Mustafayev 100-dək vətəndaşı qəbul etdi. Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq, mebel, plastik qapı-pəncərə, qənnadı məhsullarının istehsalı, meyvə emalı, kəndin qazlaşdırılması, kəndlərarası körpünün tikintisi, sosial və digər məsələlərlə bağlı oldu. Qəbula gələn sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparıldı, onların təklifləri dinlənildi. Arıçılıq, quşçuluq, heyvandarlıq, taxılçılıq, meyvə və süd emalı, çörək istehsalı və sair sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verildi.
Qəbulda iştirak
edən vətəndaşlar mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən
davamlı olaraq bölgələrdə təşkil
edilən belə qəbullardan razı qaldıqlarını qeyd edərək, yaradılan şəraitə
görə dövlətimizin başçısına minnətdarlıqlarını
bildirdilər.
Azərbaycan.-2014.- 20 iyul.- S.3.