Turizmin inkişafı iqtisadiyyatın güclənməsinə təsir edir

 

 

Qəbələ rayonu sürətli inkişafını uğurla davam etdirir. Bu inkişaf, genişmiqyaslı abadlıq-quruculuq işləri kəndlərin də simasını dəyişir, insanların rifahı daha da yaxşılaşır. Onu da qeyd edək ki, Qəbələdə ayrı-ayrı xalqların nümayəndələri çiyin-çiyinə yaşayır, öz adət-ənənələrini, milli mədəniyyətlərini dövlətin yüksək qayğısı sayəsində yetərincə inkişaf etdirirlər.

Rayonda kiçikorta sahibkarlığın inkişafı yeni yerlərinin açılmasına şərait yaradır. Uğurla inkişaf edən sahələrdən biriturizmdir. Regionun sosial-iqtisadi infrastrukturunun formalaşmasında mühüm rol oynayan Qəbələ mədəniyyət və turizm mərkəzi kimi özünü tanıtmaqdadır. Qəbələnin hərtərəfli və yüksək templi inkişafını son illərin reallıqları adlandıran Prezident İlham Əliyev rayona səfər edərkən ictimaiyyətin nümayəndələri ilə görüşündə demişdir: "Bu gün Qəbələ ölkəmizin mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilibdir. Bakıdan, digər yerlərdən, digər şəhərlərdən, başqa ölkələrdən buraya gələnlərin sayı getdikcə artır. Turizmin inkişafı gələcəkdə yəqin ki, Qəbələ rayonunun iqtisadi inkişafının müəyyən faizini öz üzərinə götürəcəkdir. Bu, elə bir sahədir ki, bu sahə daim inkişafda olur yerlərinin yaradılmasına kömək, eyni zamanda, rayonun inkişafına və ölkəmizin dünyada tanınmasına xidmət göstərir".

Qəbələnin təbii iqlim şəraiti də turizmin inkişafı üçün perspektivlər açır. Rayonun şimal hissəsi Böyük Qafqaz dağ silsiləsinin cənub yamacına, mərkəzi hissəsi Alazan-Həftəran vadisinə, cənub hissəsi isə Acınohur ön dağlığına daxildir. Təsadüfi deyil ki, respublikanın ən yüksək dağ zirvəsi olan Bazardüzü (4466 metr) bu rayonun ərazisindədir. Qəbələnin iqlimi aşağı hissələrdə qışı quraq keçən mülayim isti, yüksək dağlıqda isə soyuq və rütubətlidir. İllik yağıntı cənubda 500-600 millimetr, şimaldakı yüksək dağlıqda isə 1600 millimetrə qədər olur. Bu amillər rayonda yay və qış turizminin inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Gözəl təbiət adamlarını buraya sərmayə yatırmağa cəlb edir. Səsli-küylü dağ çayları olan Dəmiraparançay, Türyançay, Tikanlıçay, Bumçay, Vəndamçay və digər kiçik çaylar, MucuxYeddi Gözəl şəlalələri, 60 min hektar ərazini əhatə edən fıstıq, palıd, vələs, ardıc, şabalıd meşələri, mineralqeyri-mineral bulaqlar turistlərin ən çox üz tutduqları, görmək istədikləri yerlərdir.

Qəbələ həm də çoxlu sayda tarixi abidələri, maddi mədəniyyət nümunələri ilə məşhurdur. Bu abidələr Qəbələnin tarixinin min illər əvvələ gedib çıxdığını göstərir. Buranın qədim tarixi kimi, adət-ənənələri, xalq sənəti nümunələri də çox zəngindir. Yüz illər boyu Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin hansı daşını tərpətsən, haraya ayaq bassan orada min illər bundan əvvəlki tariximizin izlərini görmək olar. Çuxur Qəbələ kəndində yerləşən qədim Qəbələ şəhərinin qalıqları, rayonun müxtəlif yerlərindəki daş kurqanlar (eramızdan əvvəl III-I minillik), Həzrə kəndindəki türbələr kompleksi (XIV-XV əsrlər), Nic qəsəbəsindəki nekropol (antik dövr), Heydər Əliyev Muzeyi, Tarix-diyarşünaslıq muzeyi, İ.B.Qutqaşınlının xatirə muzeyi, Şəhidlərin xatirəsi muzeyi də turistlərin ən çox ziyarət etdiyi ünvanlardır.

Nazirlər Kabinetinin qərarı ilə rayonun 93 tarixi-mədəni abidəsi dövlət mühafizəsinə alınıb. Onlardan biri - qədim Qəbələ şəhərinin qalıqları dünya əhəmiyyətli arxeoloji abidələr siyahısına aiddir. Səkkiz memarlıq, 53 arxeoloji abidə ölkə, digərləri isə yerli əhəmiyyətlidir.

Rayonda turizm sektorunun inkişafı üçün ixtisaslı kadrlar hazırlayan Qəbələ Rayon TurizmOtelçilik üzrə Peşə Tədrisi Mərkəzi respublikamızın müxtəlif bölgələrindəki turizm obyektlərinin də kadrla təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərir.

Prezident İlham Əliyev Qəbələ rayonuna səfərləri zamanı yeni beşulduzlu hotel və istirahət mərkəzlərinin açılışında iştirak edib, turizmin daha da inkişafı üçün tapşırıq və tövsiyələrini verib. Bu qayğıdan ruhlanan adamları dünyanın daha müasir turizm xidmətlərini rayonda tətbiq etmək üçün fəaliyyət imkanlarını genişləndirirlər.

Qəbələnin son illər bir sıra beynəlxalq mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi də bu rayona işgüzar səfərə və istirahətə gələnlərin sayını dəfələrlə artırıb. Artıq ənənə halını almış və hər ilin yay aylarında keçirilən Qəbələ Beynəlxalq musiqi festivalında 20-yə yaxın ölkədən dünya şöhrətli musiqiçilər iştirak edirlər. Festivalda səsləndirilən klassik musiqiləri canlı dinləmək üçün yüzlərlə yerlixarici musiqi həvəskarları Qəbələyə üz tutur. Qonaqlar musiqi bayramında iştirak etməklə yanaşı, rayonun müasir turizm obyektlərində dincəlir, tarixi abidələri ilə tanış olur, əsrarəngiz təbiətini seyr edirlər. Hər il iyunun 15-də Qəbələ rayonunda turizm mövsümünə rəsmən start verilsə də, artıq mayın ortalarından başlayaraq turistlərin bu əraziyə intensiv axını müşahidə olunur. Bu gün Qəbələdə irili-xırdalı 100-dən artıq turizm obyekti fəaliyyət göstərir. Son illər ərzində Qəbələdə müasir turizm obyektlərinin sayı 5 dəfə artaraq 18-ə çatıb. Gün ərzində bu obyektlərdə ümumilikdə 2500-ə yaxın qonağa milli, türkAvropa yeməklərinin daxil olduğu restoran xidmətləri və müasir hotelçilik, meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət xidmətləri göstərilir.

Qəbələdə qış turizminin inkişafı üçün də layihə həyata keçirilir. Dağlarda xizək sürmək və digər qış idman növləri ilə məşğul olmaq üçün "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksi turistlərə xidmət edir.

Son illərin statistikası və marketinq araşdırmaları deməyə əsas verir ki, bu il  məzuniyyətini Qəbələdə keçirmək və rayonla daha yaxından tanış olmaq istəyən xarici qonaqların sayı əvvəlki illərdəkindən xeyli çox olacaq.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2014.- 20 iyul.- S.4.