Lənkəranın gülü
rəng-rəng
Füsunkar, mənzərəli yerlər yaradanda Ulu Tanrı Lənkəranı da unutmayıb. Bir tərəfdən yaşıl meşə örtüklü silsilə Talış dağları, digər tərəfdən bol nemətli, mavi gözlü Xəzər onun hüsnünə xüsusi gözəllik verir. Bu yerlərin çayları, bulaqları, bərəkətli limon, naringi, portağal bağları, çay plantasiyaları da var.
Subtropik iqlimə malik olduğundan Lənkəranın
qışı da mülayim
keçir. Qışda yağan qar nadir hallarda bir-iki gün yerdə qalır. Qalan vaxtlarda cənub hərarətinə
tab gətirə bilmir,
tez bir zamanda
əriyib gedir. Belə iqlim şəraitində bu qədim diyar
ilin bütün fəsillərində güllü-çiçəkli
olur. Elə buna görə
də şairlər onun şəninə şeirlər yazıb, bəstəkarlar nəğmələr
bəstələyiblər.
Gözəlliyi, gül-çiçəyi görmək,
duymaq, ona qayğı göstərmək
xoş əhval-ruhiyyənin
əlamətidir. Müxtəlif nemətlər düzülmüş
süfrədə gül
olanda insanda xoş ovqat yaranır. Respublikamızda həyat səviyyəsi
yaxşılaşdıqca zövqlər
daha da yüksəlir.
İnsanlar təbiətə, gözəlliyə daha həssas yanaşır.
Hər kəs nemətlərin ən yaxşısına sahib olmağa
can atır. Bugünün reallığı belədır. Lənkəranlılar da yaşadıqları məkanın qədrini bilərək onun həmişə səfalı,
gözəl, güllü-çiçəkli
olmasına çalışırlar.
Cənub
şəhərini gəzdikcə
bunun bir daha şahidi olursan. Evlərin eyvanında irili-xırdalı
dibçəklərdə, həyət-bacalarda, yol kənarlarında, park və
xiyabanlarda, bir sözlə, hər tərəfdə müxtəlif
növlü, müxtəlif
rəngli gül-çiçək
göz oxşayır.
Onlar xüsusi qayğı ilə bəslənilir.
Təbiət vurğunu olan Nurəddini Lənkəranda,
habelə respublikamızın
digər bölgələrində
"Kivi Nurəddin"
ləqəbi ilə tanıyırlar. Nurəddin 15-20 il bundan
əvvəl böyük
zəhmət bahasına
kivi bağı salıb. Həmin ləqəbi də
buna görə qazanıb. O, hazırda
müxtəlif gül-çiçəklər,
dekorativ ağaclar yetişdirməklə məşğuldur.
Lənkəran şəhərinə daxil olarkən şose yolunun sol tərəfində yaşıllıqlar
qoynunda "Bitkilər
aləmi" dükanı
var. Buradakı müxtəlif
gül-çiçək əraziyə
xüsusi gözəllik
verir. Cənub zonasına gələn
qonaqlar maşını
saxlayaraq əsrarəngiz
gözəlliyi seyr edir, dibçək güllərindən alıb
özləri ilə aparırlar.
Bakı
istiqamətindən Lənkərana
daxil olan hər kəsi sanki təbiət özü salamlayır:
"Xoş gəlmişsiniz",
- deyir. Xüsusilə şəhərin avtovağzal hissəsi görkəmini tamamilə
dəyişib. Bura, demək
olar, yenidən qurulub, küçələr
asfaltlanıb. Ərazidə əkilən gül-çiçək
görülən işləri
tamamlayaraq insanda xoş əhval-ruhiyyə yaradır.
Təbiət bu diyardan doğrudan
da gözəlliyi əsirgəməyib. Yerli sakinlər isə
onu qorumaqla bərabər, həm də zənginləşdirirlər.
Dövlət başçısı İlham Əliyev Lənkəranın sosial-iqtisadi
inkişafı üçün
ardıcıllıqla sərəncamlar
imzalayır, vəsaitlər
ayırır. Bunun nəticəsidir
ki, "Cənub mirvarisi" adlanan bu məkan aydan-aya,
ildən-ilə inkişaf
edir, daha da abadlaşır.
Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin adını daşıyan
park şəhərin mərkəzində
yerləşir. Üç-dörd
ay bundan əvvəl parkı görənlər
indi buraya gələrkən onu az qala tanıya bilmirlər. Park başdan-başa yenidən qurulub. Piyadalar gəzən yerlərə
tamet daşlar düzülüb, yeni işıqlandırma sistemi
qurulub, oturacaqlar quraşdırılıb. Yeni salınan yaşıllıq,
əkilən gül-çiçək,
dekorativ ağaclar parkı daha cazibədar etmişdir.
İstirahət yerinin bir guşəsində
Veteranlar klubu və çayxana yerləşir. Əmək və müharibə
veteranlarının istirahəti
üçün burada,
demək olar ki, hər bir
şərait var. İki
nəfərin həvəslə
nərd oynadığını
görüb onlara xeyli tamaşa etdik. Fərhad Ağabəyov və
Fərman Məmmədov
70 yaşı arxada qoysalar da, şux
görünürlər. Yaxınlaşıb zəri
nə üçün
stəkanla atdıqlarını
soruşduqda zarafatla biri digərinə işarə etdi: "Hərif zər tutur", - deyərək şuxluq yaratdı. Veteranlarla çay içə-içə
söhbət edib gün-güzəranları ilə
maraqlandıq. Hər birindən
"Allah razı olsun"
kəlməsini eşitdik.
Dedilər ki, övladlarını
böyüdüb boya-başa
çatdırıblar, onlara
təhsil veriblər, evləndiriblər. İndi imkan
daxilində nəvələrinə
nəvaziş göstərirlər.
Bunlarla bərabər, ölkədə,
o cümlədən Lənkəranda
gedən inkişafdan,
tərəqqidən razılıq
edirlər. Ulu öndər
Heydər Əliyevin işini uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyətni
yüksək qiymətləndirirlər.
Heydər Əliyev Xatirə Parkı lənkəranlıların
sevimli istirahət yeridir. Yeni tikilmiş, əsaslı
təmir olunmuş ictimai binaların, yaşayış evlərinin
əhatəsində yerləşən
geniş park gül-çiçəyə
qərq olunmuşdur.
Bura al-əlvan rənglərdən
toxunmuş xalını
xatırladır. Axşam vaxtlarında
park daha qələbəlik
olur. Babalar, nənələr nəvələrini, ata və analar uşaqlarını götürüb
bura gəlirlər.
Lənkərandakı ali
və orta ixtisas məktəblərində
təhsil alan tələbə gənclər
buraya tez-tez gəlir, söhbət edir, arzularını bölüşürlər. Parkın ərazisində
orijinal üslubda tikilmiş Gənclər Mərkəzi fəaliyyət
göstərir. Mərkəz gənclərin intellekt səviyyəsinin, dünyagörüşünün
formalaşmasında mühüm
rol oynayır. Burada 10-na yaxın dərnək də təşkil olunub. Parkın ərazisində nişan,
ad günü, digər
müxtəlif tədbir
və mərasimlər
keçirilir. Bunun şahidi
də olduq. Mərkəzin 3-cü mərtəbəsində
yerləşən yay
zalından gələn
oynaq musiqi sədaları pərdə-pərdə
ətrafa yayılırdı.
Bundan parkda istirahət edənlərə
də pay düşürdü.
Beləcə, Lənkəran şəhəri
gül-çiçəyin içində inkişaf edir, daha da
abadlaşır və
gözəlləşir. Bunları
gördükcə unudulmaz
şairimiz Səməd
Vurğunun dillər əzbəri olan "Azərbaycan" şeirindəki
"Lənkəran gülü
rəng-rəng..." misrasını
xatırlayırsan.
Seyran CAVADOV,
Azərbaycan.-2014.- 20 iyul.- S.4.