Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 195 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Su obyektlərinin istifadəsi və
mühafizəsi üzərində dövlət nəzarətinin
həyata keçirilməsi Qaydaları"nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 235 Bakı şəhəri,
16 iyul 2014-cü il
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 195 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 602; 2005, ¹ 1, maddə 49, ¹ 6, maddə 558; 2006, ¹ 4, maddə 370; 2007, ¹ 4, maddə 390; 2012, ¹ 5, maddə 477) ilə təsdiq edilmiş "Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü hissədən "müvafiq təşkilatların əsasnamələri və digər" sözləri çıxarılsın.
2. Aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:
"4-1. Sahibkarlıq subyektlərində dövlət nəzarəti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.".
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 22 iyul.- S.3.