Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 fevral tarixli 15 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Meşə fondunun vəziyyətinə,
istifadəsinə, mühafizəsinə, qorunmasına və
meşələrin bərpasına dövlət nəzarətinin
həyata keçirilməsi Qaydası"nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
№ 236 Bakı şəhəri,
16 iyul 2014-cü il
"Sahibkarlıq
sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2
iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust
tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 fevral tarixli 15
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, № 2, maddə 114; 2005, № 1, maddə 49, №
6, maddə 558; 2006, № 4, maddə 370; 2007, № 4, maddə 390) ilə
təsdiq edilmiş "Meşə fondunun vəziyyətinə,
istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin
bərpasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydası"na aşağıdakı məzmunda
4-1-ci hissə əlavə edilsin:
"4-1.
Sahibkarlıq subyektlərində dövlət nəzarəti
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş hallarda və qaydada həyata keçirilir.".
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2014.- 22 iyul.- S.3.