"Atmosfer havasına
atılan zərərli maddələrin, ona
fiziki təsir mənbələrinin
inventarlaşdırılması Qaydaları", "Atmosfer havasının mühafizəsi sahəsində
dövlət nəzarətinin həyata keçirilməsi
Qaydası", "Atmosfer havasına zərərli
kimyəvi, bioloji və fiziki
təsir göstərən mənbələri
olan hüquqi şəxslərin
atmosfer havasının mühafizəsini həyata
keçirmə Qaydası" və "Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi obyektlərin Siyahısı"nın
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2002-ci il 15 aprel tarixli
63 nömrəli qərarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 238 Bakı şəhəri,
16 iyul 2014-cü il
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 15 aprel tarixli 63 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 4, maddə 207) ilə təsdiq edilmiş "Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü hissədə "nəzarətini həyata keçirən vəzifəli şəxslərinin" sözləri "nəzarətinin həyata keçirilməsi ilə əlaqədar" sözləri ilə əvəz edilsin.
2. 3.10-cu bəndə "xidməti vəsiqələri" sözlərindən sonra ",sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin nəzarətin həyata keçirilməsi haqqında qərarın surətini və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı" sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 22 iyul.- S.3.