Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 oktyabr tarixli 156 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Geodeziya və kartoqrafiya
fəaliyyətinə dövlət nəzarəti haqqında
Əsasnamə"də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 240 Bakı şəhəri,
16 iyul 2014-cü il
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 oktyabr tarixli 156 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 10, maddə 639; 2003, ¹ 9, maddə 533) ilə təsdiq edilmiş "Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1. 11.1-ci yarımbəndə "xidməti vəsiqələrini" sözlərindən sonra ", sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin nəzarətin həyata keçirilməsi haqqında qərarın surətini və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı" sözləri əlavə edilsin.
2. 12-ci bəndə "Qanununun," sözündən sonra "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun," sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 22 iyul.- S.3.