Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 18 noyabr tarixli 150 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Hidrotexniki qurğuların təhlükəsizliyinə
dövlət nəzarətinin həyata keçirilməsi
Qaydaları"nda dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 241 Bakı şəhəri,
16 iyul 2014-cü il
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 18 noyabr tarixli 150 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 11, maddə 666; 2006, ¹ 9, maddə 822; 2009, ¹ 1, maddə 32) ilə təsdiq edilmiş "Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 2.1-ci və 2.8-ci bəndləri ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 22 iyul.- S.3.