Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli 27 nömrəli
qərarı ilə təsdiq edilmiş
"İstifadəyə yararsız yeyinti
məhsullarının götürülməsi, zərərsizləşdirilməsi
və ya məhv edilməsi
Qaydaları"nda dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 242 Bakı şəhəri,
16 iyul 2014-cü il
"Sahibkarlıq
sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2
iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust
tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli 27
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, ¹ 2, maddə 128; 2009, ¹ 1, maddə 32;
2014, ¹ 2, maddə 201) ilə təsdiq edilmiş "İstifadəyə
yararsız yeyinti məhsullarının götürülməsi,
zərərsizləşdirilməsi və ya məhv edilməsi
Qaydaları"nda aşağıdakı dəyişikliklər
edilsin:
1.
5-ci hissədə "dövlət orqanlarının
akkreditasiya olunmuş müvafiq laboratoriyalarında"
sözləri "akkreditasiya olunmuş müvafiq
laboratoriyalarda və ya digər təşkilatlarda" sözləri
ilə əvəz edilsin.
2.
9-cu hissədə "dövlət nəzarəti
orqanları" sözləri "akkreditasiya olunmuş
müvafiq laboratoriyalar və ya digər təşkilatlar"
sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2014.- 22 iyul.- S.3.