«MƏNİM EVİM VAR!»
İnsan yarananda nə evi olub, nə də ev haqqında təsəvvürü.
Çuxur yerdə daldalanmaq, ağac koğuşunda gecələmək, yaxud yağış yağanda daş-qaya altında qorunmaq evi bir növ əvəz edib.
Zaman keçdikcə ibtidai insan anlayıb ki, onun dincəlməsi, istidən-soyuqdan daldalanması üçün daimi və münasib yeri olmalıdır! Xüsusən də Yer planetində buzlaşma başlayandan, insanlar dəstələr və qəbilələr halında yaşamağın faydasını dərk edəndən sonra "xüsusi daldalanacağın" vacibliyi həyati zərurətə çevrilib.
Dağlardakı mağaralarda sığınacaq tapılması, yəqin ki, insanın ən böyük "kəşf"lərindən biri sayılır. Çünki belə mağaralar təkcə isti-soyuqdan yox, həm də insanların vəhşi heyvanlardan və düşmənlərindən qorunmasında da mühüm rol oynayırdı.
Artıq bu gün evsiz insanı təsəvvürə
gətirmək mümkün deyil! Söhbət şəxsi mənzilin olmasından getmir.
(Bu barədə bir qədər sonra
danışacağıq). Müasir insanın mövcudluğu
üçün bütövlükdə mənzilin zəruriliyindən
bəhs edirik. Təbii ki, şəxsi evi olmayan insan kirayənişinlik,
yataqxanada yerləşmə, müvəqqəti olaraq qohum,
dost, tanış yanında qalmaqla bu ehtiyacını ödəyir.
Müasir
mənzil təkcə daldalanacaq yeri deyil!
*İnsan
mənzildə gün ərzində itirdiyi enerjisini bərpa
edir;
*Dincəlir,
elm, yaradıcılıq və s. ilə məşğul olur;
*Məişəti
ilə bağlı (yemək, geyinmək, təmizlik və s.)
məsələləri yoluna qoyur;
*Ailə
quraraq onu inkişaf etdirir;
*Xəstələnəndə
müalicə alır;
*Asudə
vaxtını səmərəli keçirə bilir;
Bir
sözlə, öz həyatını və yaşayışını
qurur!
Öz evi
olmayanlar daim müəyyən çətinliklərlə də
rastlaşırlar!
*Hər
ay ailə büdcəsindən kəsib kirayə pulu verməli
olur;
*Yaşayış
yerini vaxtaşırı dəyişdiyindən fərli-başlı
mebel ala bilmir, olanlar isə köçhaköçdə
qırılıb korlanır;
*Oğul
evləndirib, qız köçürməyi müəyyən
müddətə təxirə salmaq məcburiyyətində
qalır;
*Mənzili
istədiyi kimi təmir edib dəyişiklik apara bilmir;
*Ən əsası,
daim müəyyən sıxıntı və gərginlik
duyur.
Sovet
dönəmində mənzil sahibi olmaq həm asan idi, həm də
çətin!
Asan idi
ona görə ki, dövlət mənzili pulsuz, növbəlilik
əsasında verirdi. Növbəyə
durmaq isə bir sıra bürokratik qaydalarla əngəllənirdi.
Belə ki, bir idarədə azı beş il işləmək,
hansı evdəsə pasport qeydiyyatına düşmək,
bir neçə mərhələdən sənədləri
keçirdikdən sonra illərlə gözləmək
lazım gəlirdi. Başqa şəhərə
köçdükdə isə mənzilini dövlətə
qaytarmalı idin.
Ömrünün
ən gözəl çağlarını mənzil növbəsində
keçirən o qədər insan olub ki! Hətta bəzən
gənc ailənin övladları evlənmək yaşına
çatanda onlara yeni mənzil verilirdi. Bu da təzədən
- yeni gənc ailənin mənzil şəraitinin
yaxşılaşdırılması üçün təkrar
mənzil növbəsinə
durmasını zərurətə çevirirdi.
Amma
bütün hallarda insanların pulsuz ev ala bilmələrinə
ümid və inamları olurdu.
Müstəqillik
dövrünə qədəm qoyduqdan sonra bazar iqtisadiyyatı
münasibətləri və demokratiya yolunu tutan Azərbaycan
sosializm ideyalarından imtina etdi. Beləliklə, dövlət
pulsuz ev tikərək vətəndaşına havayı mənzil
vermək vəzifəsini öz üzərindən
götürdü. Bu, yeni dövrün tələblərinə
və dünya praktikasına uyğun addım idi. Üstəlik,
dövlət müəssisələri və onlara məxsus
"fəhlə yataqxanaları" da tarixin arxivinə
verildi.
Hər kəs
özünə gün ağlamalı, hansısa formada (əgər
pulu yoxdursa, ipoteka yolu ilə) şəxsi mənzilə yiyələnmək
məsələsini özü həll etməli oldu!
Elə
bir faciə baş vermədi. Xalqın arzu və tələbi
ilə ulu öndər Heydər Əliyev yenidən ölkə
rəhbərliyinə qayıtdıqdan, "Əsrin
müqaviləsi" neft kontraktı imzalandıqdan,
iqtisadiyyatımız tənəzzüldən tərəqqi mərhələsinə
qədəm qoyduqdan, xüsusən 2003-cü ildən etibarən
Azərbaycanda düşünülmüş, sürətli və
davamlı inkişaf dövrü başlayandan sonra vəziyyət
kökündən dəyişdi. İşsizliyin aradan
qaldırılması (49 faizdən 5 faizə endirilməsi),
sahibkarlığın inkişafının təmin edilməsi,
əhalinin gəlirlərinin və orta aylıq əməkhaqqının
yüksəldilməsi insanların güzəranının
yaxşılaşmasına güclü təkan verdi. Ölkəboyu
yüksəliş, istəyənlərə torpaq sahələrinin
verilməsi, tikinti materialları bolluğu və yeni
texnologiyaların tətbiqi insanların "gen-bol və
yaraşıqlı mənzil" arzularının qısa
vaxtda gerçəkləşməsinə imkan yaratdı.
Ölkə
paytaxtında və regionlarda bir-birindən
yaraşıqlı, çoxmərtəbəli fərdi evlərin
və yaşayış binalarının sürətli
inşası adi hala çevrilmişdir. Artıq insanlar bir
neçə yerdə, bir neçə mənzilə sahib ola
bilirlər. Halbuki sovet dövründə bütün
bunları yuxuda belə görmək mümkün deyildi!
Bəs
imkansızlar, işləyə bilməyənlər, az əməkhaqqı
alanlar necə olsun?
İlk
növbədə, ev-eşiyindən zorla qovulmuş
qaçqın və məcburi köçkünlər yada
düşür!
Tale
onları yaman yerdə yaxaladı!
Nə
dövlət onları müdafiə etdi, nə də
könüllü özünümüdafiə
batalyonlarının buna gücləri çatdı!
Ölüm
qorxusundan və girov götürülmək
rüsvayçılığından qaçmaqla
canlarını qurtardılar!
Özlərinin
və özlərindən əvvəl bir neçə nəslin
tikib-qurduğu, alıb-yığdığı düşmənə
qaldı!
Kim nə
bacardısa, özü ilə götürdü, götürə
bilmədiyini isə Allaha tapşıraraq evini və həyət-bacasını
tərk etdi!
Hərə
baş götürüb ailəsi ilə bir tərəfə
qaçdı!
Beləliklə,
həsrət və məşəqqət dolu, bəzən
ümid və çörəyin də qurtardığı
qaçqın həyatı başladı!
Əvvəlcə
üçkünc çadırlardan ibarət şəhərciklərdə
daldalandılar, sonra özlərinə yeraltı qazmalar,
qamış və palçıqdan suvanmış komalar,
çiy kərpicdən evlər tikdilər! Əslində,
bunların heç biri yaşayışa tam yararlı deyildi,
sadəcə, "müvəqqəti yaşamaq yeri" idi!
İnsanlar
bilmirdi bir parça çörək dərdi çəksin,
yoxsa işıq, istilik, ocaq, ya da kommunal şəraiti
axtarsın!
Xaos və
anarxiya burulğanında
boğulan dövlət başını da itirdiyindən
öz hayında idi.
Beynəlxalq
humanitar təşkilatlar da bu faciələrdən uzaqlarda
qalmışdı!
"Başlı
başını saxlasın" prinsipi hökm
sürürdü!
Yalnız
ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi
ilə yenidən dövlət rəhbərliyinə
qayıtdıqdan sonra bu sahədə də dönüş
yaranmağa başladı.
Qaçqın
və məcburi köçkünlərə dövlət
sahib çıxdı, onların bir qismi yataqxanalarda, sanatoriya
və istirahət evlərində, ictimai binalarda yerləşdirildi,
humanitar təşkilatlar respublikaya dəvət olundu,
qaçqın və məcburi köçkünlərin həyat
şəraitini yaxşılaşdırmaq məqsədilə
müvafiq qanunvericilik bazası yaradıldı, dövlət
qurumları sistemli şəkildə bu işlə məşğul
olmağa, onlara yardım və kömək göstərməyə
başladı.
İlk dəfə
olaraq məhz ulu öndər Heydər Əliyevin sərəncamı
ilə qaçqın və məcburi köçkünlər
üçün yeni tipli qəsəbələr salınmasından ötrü Dövlət Neft
Fondundan vəsait ayrıldı!
Sonradan bu
işin planlı və sistemli şəkildə həyata
keçirilməsi qaydaya salındı!
Nəhayət,
məcburi köçkünlər də qeyri-insani şəraitdə
yaşamaqdan qurtularaq müasir tipli qəsəbələrdə
tikilmiş hər cür şəraiti olan, təmirli mənzillərdə
və evlərdə yaşamağa başladılar.
Prezident cənab
İlham Əliyev qaçqın şəhərciklərinin
salınmasına və burada zəruri infrastruktur
yaradılmasına xüsusi diqqət yetirir. Dövlət
2016-cı ilədək məcburi köçkünlərin mənzil
probleminin həllinə nail olacağını bəyan edib!
İndiyədək
qaçqın və məcburi köçkünlər
üçün 82 müasir qəsəbə və məhəllə
salınmışdır. Onlardan 77-si son 10 ildə inşa
olunmuşdur. Bundan əlavə, 68 min məcburi
köçkünün müvəqqəti məskunlaşdığı
220 yataqxana təmir edilmişdir.
Bütövlükdə
bu günədək 40 min ailənin (180 min nəfər
qaçqın və məcburi köçkünün) mənzil-məişət
şəraiti yaxşılaşdırılmışdır.
Bunun 92 faizi (37 min ailə və ya 166 min nəfər) son on
ilin payına düşür!
Yeni mənzillərə
köçmək xoşbəxtliyini (doğrudan da bu, əsl
xoşbəxtlikdir) təkcə minlərlə məcburi
köçkün yaşamayıb. Digər qrup insanlar da
dövlətimizin bu səxavətindən bəhrələnmişlər.
Təəssüf
ki, onların dəqiq siyahısını (sayını)
müəyyən edə bilmədik. Çünki Dövlət
Statistika Komitəsinə müvafiq informasiya verilmədiyindən
orada dəqiq və yekun rəqəmlər yoxdur! Halbuki dövlətin imkanları və
dövlət başçısı cənab İlham
Əliyevin alicənablığı sayəsində insanlara
göstərilən bu xeyirxahlığın da uçotu
aparılmalı və vaxtaşırı cəmiyyət bu barədə
məlumatlandırılmalıdır.
Belədə
toplaya bildiyimiz rəqəmlər əsasında
oxucularımızda müəyyən təsəvvür
yaratmağa çalışacağıq.
Azərbaycanın
ərazi bütövlüyü, müstəqilliyi və
konstitusiya quruluşunun müdafiəsi uğrunda
döyüşlərdə əlil olmuş vətəndaşların
və şəhid ailələrinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına, onlar
üçün yeni mənzillərin inşa olunaraq istifadəyə
verilməsinə ümummilli liderimiz Heydər Əliyevin
göstərdiyi xüsusi diqqət və qayğı Azərbaycan
Prezidenti cənab İlham Əliyev tərəfindən
yüksək səviyyədə
davam etdirilməkdədir.
İndiyədək 5 minə yaxın əlil və
şəhid ailəsi dövlət hesabına mənzillə təmin
olunmuşdur.
Cari ilin
25 aprel tarixində Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)
sifarişi ilə Ağdam rayonunda inşa olunmuş 6 mərtəbəli
54 mənzilli yaşayış evi Azərbaycanın ərazi
bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda
döyüşlərdə əlil olmuş vətəndaşların
istifadəsinə verilib.
Eyni
zamanda, cari ildə Bərdə, Goranboy, Tərtər, Beyləqan,
İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli
yaşayış evlərinin bu təbəqələrdən
olan insanlara təqdim olunması nəzərdə tutulur.
Bununla yanaşı, ƏƏSMN tərəfindən Bakı
şəhərinin Nərimanov rayonunda gözdən əlil vətəndaşlar
üçün 12 mərtəbəli 132 mənzilli
yaşayış evi inşa etdirilir ki, həmin
yaşayış binasının da cari il ərzində istifadəyə
verilməsi planlaşdırılır.
Dövlət
başçısı cənab İlham Əliyev müharibə
nəticəsində zərər çəkmiş
insanların bir qisminin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması üçün bu
yaxınlarda daha bir sənədə imza atmışdır.
Belə ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün,
müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi
ilə əlaqədar əlil olmuş şəxslərin və
şəhid ailələrinin sosial-məişət şəraitinin
yaxşılaşdırılmasına dair əlavə tədbirlər
haqqında" imzaladığı sərəncamda 2014-cü
il yanvarın 1-dək rayon (şəhər) icra hakimiyyətlərində
yaşayış sahəsinə ehtiyac olan qismində növbəyə
dayanmış, ümumilikdə 5731 nəfər Azərbaycanın
ərazi
bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil
olmuş şəxsin və şəhid ailəsinin 2014-2018-ci
illər ərzində mərhələli şəkildə mənzil
və ya fərdi evlə təmin olunması nəzərdə
tutulur.
Orduda
müəyyən müddətdə xidmət etmiş zabitlər,
daxili qoşunlarda xidmət çəkən hərbçilər
də vaxtaşırı dövlət tərəfindən
pulsuz mənzillə təmin olunurlar.
Bir vaxtlar
jurnalistlər cəmiyyətin ən hörmətli və
nüfuzlu insanlarından sayılırdılar. Mətbuat və
söz azadlığının bərqərar edilməsi,
KİV-in dövlət nəzarətindən
çıxarılması və qəzet təsisçiliyinin
son dərəcə sadələşdirilməsi bu sahədə
ziddiyyətli dəyişikliklərə səbəb oldu. Mətbuat
və söz azadlığı nə qədər müsbət
hal olsa da, ondan sui-istifadə, tamah məqsədilə yararlanma
imkanı da vardı. Bu niyyətlə təsadüfi
insanların bu sahəyə axışaraq "reket qəzet"lərin
yaranması oxucuları qəzetlərdən uzaq saldı,
tirajlar xeyli aşağı düşdü. Reklam
bazarının formalaşmaması, bəzi çap
materiallarının qiymətinin qalxması redaksiyaların gəlirinin
azalmasına, bu isə jurnalistlərin rifahının
yaxşılaşmasına mənfi təsir göstərdi.
Əslində, mövcud durum jurnalistlərin özlərinə
fərdi mənzil almaq imkanlarını heçə endirirdi.
Odur ki, onlar Mətbuat Şurası vasitəsilə özlərinin
böyük dostlarına - Prezident İlham Əliyevə
müraciət etdilər. Dövlət başçısı
bu müraciətə həssaslıqla yanaşdı. Elə həmin
gün Azərbaycan Prezidenti jurnalistlər üçün mənzil
tikilməsilə bağlı sərəncam imzalayaraq
özünün Ehtiyat Fondundan ilkin vəsait ayırdı.
Sonra daha bir sevindirici qərar qəbul edildi. Həmin mənzillərin
də dövlət hesabına təmir olunaraq sahiblərinə
veriləcəyi bildirildi.
2013-cü
ilin Milli mətbuat və jurnalistika günündə
Prezident İlham Əliyev yeni
binanın qırmızı lentini kəsərək 156
jurnalisti və onların ailə üzvlərini sevindirdi.
Cənab
İlham Əliyevin humanizmi və alicənablığı sayəsində
156 jurnalist qürur və iftixarla "Mənim evim var!"
sözünü deyə bildi!
Bu həm
də mətbuat və söz azadlığına Azərbaycan
iqtidarının verdiyi ən böyük dəyər və hədiyyə
oldu!
Üstəlik
elə həmin gün Prezident İlham Əliyev yenə də
jurnalistlər üçün tikiləcək 256 mənzilli
binanın təməlini qoydu.
Deməli,
növbəti - 2015-ci ildə də daha 256 jurnalist sevinc və
fərəhlə "Mənim evim var!" deyəcəkdir!
Dünyanın
heç bir yerində azad sözə və onun
daşıyıcıları sayılan jurnalistlərə belə
qayğı və diqqət göstərilmir!
İndiyədək
dünyanın heç bir yerində eyni vaxtda 156 jurnalistə
təzə və təmirli ev almaq səadəti nəsib
olmayıb!
Əhsən
belə dövlətə və onun Prezidentinə!
Bu gün
dövlətin və Prezidentin qayğısı sayəsində yüz minlərlə
qaçqın və məcburi köçkün "Mənim
evim var!" - deyir.
Bu gün
dövlətin və Prezidentin qayğısı sayəsində
yüzlərlə şəhid ailəsi "Mənim evim
var!" - deyir.
Bu gün
dövlətin və Prezidentin qayğısı sayəsində
yüzlərlə müharibə əlili və veteranı
"Mənim evim var!" - deyir.
Bu gün
dövlətin və Prezidentin qayğısı sayəsində
yüzlərlə hərbçi zabit "Mənim evim
var!"- deyir.
Bu gün
dövlətin və Prezidentin qayğısı sayəsində
yüzlərlə şair və yazıçı, incəsənət
xadimi, sənət adamı və ziyalı "Mənim evim
var!" - deyir.
Bu gün
dövlətin və Prezidentin qayğısı sayəsində
Olimpiya idman oyunlarında, dünya və Avropa birinciliklərində Azərbaycanın
bayrağını yüksəltmiş yüzlərlə gənc
idmançı "Mənim evim var!" - deyir.
Bu gün
dövlətin və Prezidentin qayğısı sayəsində
157 jurnalist "Mənim evim var!"-deyir.
Eşq
olsun səxavətli dövlətə və onun alicənab
Prezidentinə!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2014.- 22 iyul.- S.4.